ALDP 2011-ci ilin iz planını təsdiq edib

img

31-01-2011 [12:51]


Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ALDP-nın 12 illiyi və ictimai-siyasi vəziyyət müzakirə olunub. Partiyanın sədri Fuad Əliyev toplantı iştirakçıların ALDP yaranma günü münasibəti ilə təbrik edib. Fuad Əliyev bu 12 il ərzində uğursuzluğla yanaşı uğurları da qeyd etdi. Ən azından partiya inkişaf edir, sıralar qenişlənir və rayon təşkilatların sayı 61 olub. ALDP ictimai proseslərdə də fəal olub. Belə ki, bələdiyyə, prezident və parlament seçkilərində iştirak edib. Partiya pensiyaların, müəllimlərin və həkimlərin maaşların artırılması ilə bağlı iqtidarın qarşısında tələblə çıxış edib. İnsan hüquqların və xüsusilə jurnalistlərin hüquqların müdafiəsi ilə bağlı dəfələrlə bəyanat verib. Beynəlxalq əlaqələrə toxunan ALDP sədri bildirdi ki, son 5 ildə bu əlaqələr daha da genişləndi. ALDP nümayandələr müşahidəçi qismində xarici ölkələrdə prezident və parlament seçkiləri müşahidə ediblər və beynəlxalq konfranslarda iştirak ediblər. İclasda 2011-ci ilin iş planı təsdiq olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA