DUi-dəki fikir ayrılığı davam edir

img

29-01-2011 [03:59]


Demokratiya Uğrunda İttifaqa daxil olan Milli Qurtuluş Partiyası AXCP və Müsavatla birlikdə Məmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə anım tədbirində iştirakdan imtina etdikdən sonra DUİ Sədrlər Şurası işçi qaydada tədbirin vaxtını dəyişib. AXCP-Müsavat blokundan 1 saat əvvələ təyin olunan anım mərasimində MQP rəhbərliyi iştirak etməyəcək. MQP Böyük Məclisinin başqanı Asif Ozanlı MQP-nin DUI-də təmsil olunan müttəfiqlərinə qərarlarında dəyişiklik etdiklərinə görə təşəkkür etdiklərini, amma bununla belə, yenə əvvəlki mövqelərində qaldıqlarını bildirib. ?Biz iki səbəbdən Novxanı ziyarətindən imtina etmişdik. Səbəblərdən biri aradan qaldırıldı, digəri- Azərbaycan tarixində müstəsna yeri olan bir tarixi şəxsiyyətin bir kənd çərçivəsinə salınması faktı isə qalır. Bu səbəbdən MQP olaraq biz ziyarətdən imtina qərarımızı dəyişmirik?- deyən MQP funksioneri bu il üçün Məmməd Əmin Rəsulzadənin doğum gününün ildönümünü partiya daxilində qeyd etməyə üstünlük verəcəklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA