Müxalifət etiraz aksiyalarına start verəcək

img

27-01-2011 [03:27]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın Bakı şəhər və rayon təşkilatlarının İdarə heyətlərinin birgə toplantısı keçirilib. MİA-nın xəbərinə görə, toplantıda partiyanın mart-aprel aylarına planlaşdırdığı növbədənkənar qurultayında müzakirə ediləcək məsələlər, ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər müzakirə edilib. Müzakirələr zamanı rayon təşkilatlarının üzvləri ölkədə məmur özbaşnalığı, korrpusiya, sosial problemlərin artmasından və bu halın əhali arasında böyük narazılıqlara səbəb olduğunu vurğulayıblar. Onlar bu cür neqativ halların ölkədə sosial partlayışa gətirib çıxaracağını da istisna etməyiblər. Ölkədə vətəndaş qarşıdurmasının, məmur özbaşnalığının, süründürməçiliyin qarşısının alınması və son qoyulmasına nail olmaq üçün partiya olaraq ciddi tədbir görülməsinin zəruri olduğunu vurğulayan toplantı iştirakçıları bunun üçün etiraz aksiyalarından istifadə edilməsini təklif ediblər. Təklif hamı tərəfindən bəyənilib və qərara alınıb ki, bu məsələ ayrı-ayrılıqda rayon təşkilatları İdarə heyətlərində müzakirə edilsin. Təkliflər partiyanın Siyasi Şurasının növbəti iclasında təqdim olunsun. Əgər təkliflər Siyasi Şurada məqsədəuyğun hesab edilərsə MMP yaxın zamanlarda yuxarıda qeyd edilən məsələlərin qarşısını almaq üçün etiraz aksiyalarına start verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA