ADP hökuməti enerjidazıyıcılarının qiymətlərini endirməyə çağırır

img

24-01-2011 [04:12]


İdarə Heyəti üzvləri enerjidaşıyıcılarının daxili bazardakı qiymətinin maya dəyərindən çox artıq müəyyənləşdirildiyini, qazın, neft məhsullarının və elektrikin faktiki olaraq dünya qiymətlərinə əhaliyə satıldığını, habelə ölkədə yaşanan sosial gərginlikləri, əhalinin iqtisadi vəziyyətinin ağırlığını və qış mövsümündə vətəndaşların daha da ehtiyacının artmasını nəzərə alaraq hakimiyyəti enerji daşıyıcılarının qiymətini aşağı salmağa və respublikanın ucqar rayonlarında yaşayan əhalinin hamısını qazla təmin etməyə çağırıb. ADP BELARUSA QARŞI TƏZYİQLƏRİ TƏQDİR EDİB Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına dair bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə heyəti üzvləri ilk növbədə Avropa Parlamentinin Belarusda keçirilən seçkilərin total saxtalaşdırılmasından sonra həmin ölkə rəsmilərinin Avropa ölkələrində olan bank hesablarının və vizalarının dondurulması ilə bağlı qərarını təqdir edib və analoji olaraq bu cür qərarların diktatura və avtoritarizmin yer aldığı və seçkilərin saxtalaşdırıldığı bütün ölkələrə tətbiq edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb. ADP TUNİSDƏ BAŞ VERƏNLƏRDƏN NƏTİCƏ ÇIXARMAĞA ÇAĞIRIR Tunis hadisələrindən sonra Misir, İordaniya, Yəmən kimi digər ölkələrdə baş verən xalq narazılıqların əsasında diktatura rejiminin uzun illər davam etməsi və bu ölkələrdə korrupsiya və rüşvətxorluq faktlarının hökm sürməsinin durduğunu bildirən toplantı iştirakçıları dünyanın bütün demokratik qüvvələrini bu cür ölkələrdə baş verən hadisələrə həssas yanaşmağa, insan haqlarının və demokratiyanın qarşısında sədd olan belə rejimlərin aradan qaldırılması üçün effektli və preventiv tədbirlər görməyə çağırıb. AVROPA İTTİFAQI İLƏ ƏLAQƏLƏR DAHA DA GÜCLƏNDİRİLMƏLİDİR Avropa komissiyasının sədri J.M.Barrozonun Azərbaycana səfəri zamanı Qarabağ probleminə dair səsləndirdiyi bəyanatında Azərbaycanın ərazi bütövlüyü məsələsinin sonradan mətndən çıxarılmasını və bundan dolayı hakimiyyət nümayəndələrinin Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə yenidən baxılması barədə verdiyi bəyanatlara münasibət bildirən İdarə Heyəti üzvləri Avropa İttifaqını bu səhvi təcili düzəltməyə çağırıb, Azərbaycan hökumətinin isə bu cür tələsik bəyanatlar verməsindən narahat olduğunu bildirib və hakimiyyət nümayəndələrini ölkəmizin beynəlxalq aləmə inteqrasiya olunmasında əsas vasitə olan Avropa İttifaqı ilə bundan sonra da siyasi və iqtisadi ilişkilərini gücləndirməyə çağırıb. QAZAXISTAN MODELİNƏ MÜQAVİMƏT GÖSTƏRİLMƏLİDİR Azərbaycan Dövlət Teleqraf Agentliyinin Qazaxıstan prezidenti N.Nazarbayevin hakimiyyətinin uzadılmasını təqdir edilməsi və onun Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkə bənzədilməsi ilə bağlı yaydığı məlumata münasibət bildirən partiya yetkililəri konstitusiyaya və beynəlxalq hüquq normalarına zidd olan bu cür mövqelərin rəsmi agentlikdə yayılmasını qətiyyətlə pisləyib və bir şəxsin hakimiyyətinin müddətsiz uzadılmasına xidmət edən bu faktın arxasında digər vətəndaşların hakimiyyətə gəlmək şansının məhdudlaşdırılmasının durduğunu qeyd etməklə diktatorların, demokratik və layiq dövlət qurucusu olan Atatürklə müqayisə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. İRANIN NÜVƏ YANACAĞI MƏSƏLƏSİNDƏKİ VƏZİYYƏTİ NARAHATLIQ DOĞURUR İdarə Heyəti üzvləri beynəlxalq səylərə baxmayaraq İranda atom tədqiqatları sahəsində işlərin davam etdirilməsi və bundan dolayı fəaliyyətdə olan Buşəhr atom elektrik stansiyasında kompüter sistemində virusun aşkarlanması məsələsi ilə əlaqədar yaxın qonşu ölkələrin, o cümlədən ölkəmizin qarşılaşa biləcəyi fəlakətlərdən narahat olduğunu bildirib və bu ölkənin dinc məqsədlərdən kənara çıxan atom tədqiqatını dayandırmağa və atomun yayılmasına nəzarət edən beynəlxalq təşkilatlarla dil tapmağa çağırıb. ŞƏHİDLƏRİN ZİYARƏTİ DÖVLƏT SƏVİYYƏSİNDƏ ZƏİF TƏŞKİL EDİLİB İdarə Heyəti üzvləri 20 yanvar şəhidlərinin məzarının ziyarət edilməsinin əvvəlki illərdə olduğu kimi dövlət səviyyəsində təşkil edilməməsindən narahat olduğunu bildirib və hakimiyyəti xalqımızın azadlığı uğrunda şəhid olmuş oğullarının bütün yaddaşlarda həkk olunacaq qədər yad edilməsi üçün daha mütəşəkkil və diqqətə layiq tədbirlər görməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA