Tahir Abbaslı: ?Azərbaycan müxalifəti didərgin və əcayib günlər keçirir"

img

21-01-2011 [05:59]


?Azərbaycan müxalifəti didərgin və əcayib günlər keçirir. Hazırda müxalifətin bölünmə prosesinə şahidik?. Bu fikirləri son dövrlər müxalifətin düşdüyü durum və bununla bağlı səsləndirilən açıqlamalara münasibət bildirən AİDP sədri hacı Tahir Abbaslı deyib. Müxalifətin birləşmə məsələsinə münasibət bildirən T.Abbaslı deyib ki, bəzən adama elə gəlir ki, nəinki müxalif qüvvələri, hətta müxalif fikirlər belə ortaq nöqtə tapa bilməzlər: ?Ona görə də müxalifət qüvvələrini bir yerdə gördükdə heyrət edirsən?. AİDP sədrinin fikrincə əsas problem odu ki, Azərbaycan müxalifəti öz həqiqi simasın göstərib, tanıdıb və qoruya bilmir: ?Sual oluna bilər. Azərbaycan müxalifəti öz kimliyini nə üçün qoruya bilmir? Bu sualın müxtəlif cavabları. Bunu bir az açıqlamaq istəyirəm. Bizim milli kimliyimizin dörd əsas təməli var; 1) Azərbaycan türkcəsində danışmaq 2) Vətənin coğrafi bütovlüyü 3) Dini cəmiyyət 4) Milii şüur Bu dörd təməldən ikincisi (vətənin coğrafi bütovlüyü) daha çox zərbə alıbdır. Vətənin coğrafiyasi demək olar ki, tikələnib. Yəni milli kimliyimiz təhlükə altındadır. Yaranmış rellıqda hər bir Azərbaycanlı özünü tənha və məğlub hesab edir. Məğlubiyyət hissi yalnız ümum kütlədə deyil, həm də iqtidar və müxalifətdə də var. Müxalifət isə bu məğlubiyyətin yükünü daha artıq daşıyır?. ?Məğlubiyyətin səbəkarı müxalifətdirmi?? sualının cavabında isə T.Abbaslı deyib ki, bu düşərgənin günahı az deyil: ?Amma demək istəyirəm ki, müxalifət özünü məğlubiyyət kölgəsindən qurtarmalıdır. Və ya qaliblik haqqında fikirləşməlidir. Qələbə vicdan təmizliyindən, teoriya dərinliyindən və birlikdən başlanar. Bu üçlük müxalifətin yeni nəslindən başlanacaq. Yeni nəslin doğulmasında isə liderlər və partiya sədrləri mühüm rol oynamalıdilar. Ana müxalifət özünü parçalamqadan öncə yeni nəslə meydan verməlidir. Bu əsasa dayanaraq deməliyəm ki Arif Hacılı kimi ikinci rütbəli siyasətçılər müxalif partiyaların içəridən dağtma fikrini ortaya qoymaqla yanlış addımlar atırlar. Biz bir-birimizi tənqid etmək haqqımız var. Amma birliyimizi və bütövliyimizi dağıtmağa haqqımız yoxdur. Arif Hacılı kimiləri yunu suya vermək fikrindədirlər. Tikə-tikə etmək prosesi gənc nəslə qeyri-əxlaqi yol göstərir. Müxalifət isə həmişə bu nöqtədən zərbə yeyib. Müxalifətin bütövlüyü qorunmalıdır. Parçalanmaq məğlubiyyət hissindən irəli gəlir. Arif Hacılı kimiləri öncə özündə məğlubiyyət hissini öldürməlidirlər, sonra hadisələrə qiymət verməlidirlər. Əks təqdirdə müxalifəti təmsilçilk haqqları yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA