islam Partiyası sədrinə qarzı həbs qətimkan tədbiri seçildi

img

21-01-2011 [12:24]


Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 13 sutka həbs müddəti bitdikdən sonra, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasından Nəsimi rayon məhkəməsinə aparıblar. Ötən gecə saat 23:00-da Nəsimi rayon məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov barədə yenidən həbs qərarı verilib. Barəsində seçilən 13 sutkalıq həbs müddəti yeni bitməsinə baxmayarq, AİP sədri yenidən həbsə məhkum edilib. Mövsüm Səmədovun vəkili Anar Qasımovun verdiyi məlumata görə, məhkəmə prosesi qapalı şəraitdə keçib. "Bir neçə dəqiqə əvvəl bitən məhkəmədə, Mövsüm Səmədov 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunaraq, barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçildi. "-deyə vəkil Anar Qasımov deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA