Qarabağ Bloku Şəhidlər Xiyabanını fərqli formada ziyarət etdi

img

21-01-2011 [12:19]


Dünən yanvar ayının 20-də Qarabağ blokunun 500 nəfərə yaxın nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət edib. Ümid Partiyasının mətbuat xidmətindən MİA-ya daxil olan məlumata gərə, ümumxalq müqavimət günü blokun nümayəndələri saat 12:00-dan etibarən 20 saylı orta məktəbin binasının qarşısından hərəkətə başlayıblar. Ön sırada əllərində Qarabağ blokunun əklilini tutmuş gənclər hərəkət edib. Onların ardınca isə blokun təsisçiləri olan Ümid və Demokrat Partiyalarının sədrləri, millət vəkili İqbal Ağazadə və Sərdar Cəlaloğlu hərəkət ediblər. Hər iki partiyanın Bakı şəhər təşkilatlarının fəallarının və partiya rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə keçirilən yürüş-ziyarət zamanı heç bir siyasi şüar səsləndirilməyib. Eyni zamanda, yürüş-ziyarətdə iştirak edən blok nümayəndələrinin hər birinin yaxasında xüsusi fərqlənmə emblemi olub. Yürüş-ziyarət zamanı hər hansı bir insident baş verməsə də, əklilin əbədi məşəl önünə qədər daşınmasına imkan verilməyib. Xiyabanın girişində polislər əklili məşələ qədər daşımağa qadağa qoyublar. Ümumxalq hüzn günündə hər hansı qarşıdurmanın baş verməsini istəmədiyindən blok nümayəndələri qərara gəliblər ki, əklili Şəhidlər Xiyabanının girişində yerləşdirsinlər. Bundan sonra yürüş davam etdirilib və təxminən bir saat yarımdan sonra başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA