?Hakimiyyət məcburi köçkünləri çörəklə imtahana çəkir?

img

19-01-2011 [03:08]


Azərbaycan Respublikası Nazirlər Kabineti məcburi köckünlərə ?çörəkpulu? adlanan aylıq müavinətlərin verilməsi ilə bağlı qərarda bir sıra dəyişikliklər edib. Yeni qərara əsasən, hərbi qulluqculara, valideynlərindən sadəcə biri məcburi köckün olanlara, dövlət qulluğunda çalışan şəxslərə müavinətlərin ödənilməsi dayandırılacaq. MİA-nı məlumata görə, Ümid Partiyasının sədr müavini Taleh Əliyev adıçəkilən qərara münasibətini açıqlayıb. Bu qərarın bütövlükdə Azərbaycanın bu günki reallıqlarına uyğun olmadığını qeyd edən partiya funksioneri dəyişiklikərin müsbət heç bir şey vəd etmədiyini bildirib. ?Əgər hökümət nümayəndələri son illər qəbul olunan dövlət büdcəsinin sosial və investisiya yönümlü olduğunu xususi ilə qeyd edirlərsə, öz zaman daha çox sosial qayğıya ehtiyacı olan, aylıq istehlak səbətinin orta aylıq gəlirləri ilə uyğun gəlməyən məcburi köckünlərin həyat şəraitinin yaxşılaşdırılması haqqında qərar qəbul etməli idi. Iqtisadi durumu daha da pisləşdirəcək belə bir qərarın qəbulu nəinki məcburi köckünlərin, eyni zamanda, hökümətin özünün gündəlik həyatına mənfi təsir edəcək. ?Ac qılınca çapar? deyə yaxşı bir deyim var? deyən T.Əliyev hökuməti insanları çörəklə imtahana çəkməməyə səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA