Nemət Pənahlının qardazı saxlanıldı; onun hüqüqlarını müdafiə komitəsi sədrinin oğurlanması xəbəri yayıldı(yenilənib)

img

19-01-2011 [02:34]


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının qardaşı Səməd Pənahlı da polis tərəfindən saxlanılıb. Bubarədə MİA-ya N.Pənahlının qardaşıoğlu Pənah Pənahlı məlumat verib. Onun sözlərinə görə, bu gün S.Pənahlı ifadə vermək üçün polisə çağırılıb: ?Bir qədər bundan öncə atamla telefonla danışdım, onu nəyə ggörə çağırdıqlarını soruşdum. O isə bildirdi ki, nəyə görə çağırdıqlarını heç özləri də bimirlər. Özləri üçün izahat yazırlar, nə yazdaqlırandan isə xəbəri yoxdur?. Bu dəqiqələrdə aldığımız məlumata görə, N.Pənahlının Hüqüqlarını Müdafiə Komitəsinin sədri Miralim Bəhrəmov yoxa çıxıb. Belə ki, M.Bəhrəmov ?P.S. Nota? qəzetinin baş redaktoru Sərdar Əlibəyli ilə görüşmək üçün vaxt müəyyənləşdirsə də, görüş yerinə gəlməyib. Hazırda o, telefon zənglərinə də cavab vermir. Bu səbəbdən də onun oğurlanması ilə bağlı ehtimallar səsləndirilir. Pənah Pənahlının verdiyi məlumata görə, M.Bəhrəmovu Nəsimi rayon polisinə aparıblar. Onun nəyə görə saxlandığı isə bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA