AiDP sədri ilqar ibrahimoğlunu ?bozbazın noxudu? adlandırdı

img

15-01-2011 [04:00]


Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı ilə Xalq Partiyasının üzvü Pənah Hüseyn arasındakı söz atışması getdikcə qızışır. Pənah Hüseynin AİDP sədrinin İctimai Palata ilə bağlı məlumatsız olduğunu deməsi T.Abbaslını hiddətləndirib. AİDP sədri bildirib ki, Pənah Hüseyn zəhmət çəkib onun son açıqlamalarını oxumuş olsaydı, belə fikirləşməzdi: ?Pənah Hüseynin içərisi sandıq və ağızı isə qapıdır. Nə gəldi danışır. İnsan gərək içəridən demokrat olsun. İctimai palata əxlaqsız və təhqirli fikrlərlə baş tutmayacaq. Pənah Hüseyn müsəlman olduğunu israr edir. Əlbəttə sözdə müsəlman olmaq, əməldə müsəlman olmaqdan rahatdır?. T.Abbaslı P.Hüseynin hacı İlqar İbrahimoğlunun palatada təmsil olunması ilə bağlı çəkdiyi nümunəyə də münasibət bildirib: ?Hacı İlqar, maşallah hər bozbaşın noxududur. Sanki müxalifət onun əmri ilə oynayır. Hacı İlqar qrant və bizines adamıdır. O da İran hakimiyyətinin maraqlarını daşıyır. Hacı İlqarın ?Səhər? kanalından son üzrxahlığı Azərbaycan xalqını aşağıladı. İndi bir şərait yaradıblar ki, guya ?Səhər? kanalı Allahın vəhy kanalıdır. Səhər kanalı İran iqtidarının siyasi maraqlarını təbliğ edir və onun torudur. Belə çıxır ki, Hacı İlqar kimilər bu xalqı tora salmaq fikrindədilər. Dünyanın indiki düzənində başqa ölkələrin siyasi maraqlarını cəmiyyətin belinə yukləyən insanlarda nə din və nə də demokratiya dərdi olar. Ən maraqlısı budur ki, İslam partiyasi ilə həmişə cici-bacı olan Hacı İlqar bu dəfə onları müdafiə etməkdən görəsən niyə çəkindi??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA