Azərbaycanın iki bölgəsində 32 jurnalist üçün ?etik jurnalistikanın inkizaf etdirilməsi? mövzusunda 2 seminar təzkil edib

img

14-01-2011 [07:57]


?Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası ? ?etik jurnalistikanın inkişaf etdirilməsi? mövzusunda yanvarın 6-12 qədər Lənkəran və Yevlax rayonlarında 32 jurnalist üçün 2 seminar təşkil edib. 06-08 yanvar tarixlərində Lənkəranda, 10-12 yanvar tarixlərində Yevlaxda təşkil olunmuş seminarlarda Azərbaycanın Cənub və Qərb bölgələrində yerləşən 11 rayonda (Salyan, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yevlax, Bərdə, Tərtər, Göygöl, Ağdaş) fəaliyyət göstərən 26 kütləvi informasiya vasitəsindən bütövlükdə 32 jurnalist iştirak edib. Bu məşğələlər Azərbaycanın Cənub və Qərb bölgələrində fəaliyyət göstərən əsas Kütləvi İnformasiya Vasitələrinin hamısı iştirak edib (İctimai TV Cənub bölgə bürosu, Space TV Cənub bölgə bürosu, Lider TV Cənub bölgə bürosu, Cənub TV-Lənkəran TV, El TV-Yevlax-TV, Lənkəran qəzeti, Bakinski raboçi qəzeti Cənub bölgə bürosu, Aşkarlıq qəzeti, Ulutürk Dünyası, Qırx çıraq qəzeti, Yeni həyat qəzeti, Yeni gün qəzeti, Qələbə qəzeti, Bizim təbib qəzeti, Münasibət qəzeti, AzərTAC İnformasiya Agentliyinin Cənub bölgə bürosu, Olaylar İnformasiya Agentliyinin Cənub bölgə bürosu, Səs İnformasiya Agentliyinin Cənub bölgə bürosu, Qafqaz Jurnalının Cənub bölgə bürosu, Şəfəq Jurnalı, Molla Nəsrəddin 21-ci əsr jurnalının Cənub bölgə bürosu, Yeni Tərtər qəzeti, Kür qəzeti, Göygöl qəzeti, Ağdaş qəzeti, Bərdə qəzeti). Beynəlxalq Jurnalistlər Federasiyasından olan iki beynəlxalq ekspert yerli jurnalistlərə jurnalsitikanın etik prinsipləri haqqında məşğələlər keçib və bu sahədə olan mövcud beynəlxalq təcrübələrə istinad olunub. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib, Beynəlxalq Şəffaflıq ?Azərbaycan təşkilatından, insan hüquq-müdafiə təşkilatlarından, qadın cəmiyyətlərindən, əlillər cəmiyyətlərindən, milli və dini qruplardan qonaqlar da dəvət olunmuşlar. ? Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan etik jurnalistika prinsipləri ilə tanış etmək və bu sahədə onların bilikləri artırmaqdır. Bu xüsusilə də Aərbaycan üçün mühüm əhəmiyyət kəsb edir?-bu sözləri Jurnalsitlərin həmkarlar ittifaqının sədri və layihənin koordinatoru Müşfiq Ələsgərli deyib. Keçirilmiş seminar həmçinin Mətbuat Şurası və ATƏT-in birgə hazırladığı və yeni qəbul olunmuş Etik Məcəllənin müzakirəsi üçün jurnalistlərə geniş imkan yaratmış oldu. ? Etik Məcəlləni jurnalistlərə təqdim etmək çox zəruridir və həmçinin onlara jurnalistika sahəsində bliklərini artırmaq və bununlada peşəkarlığı qaldırmaq üçün əsas prinsipləri izah etmək olduqca böyük əhəmiyyət kəsb edir?- deyə Müşfiq Ələsgərli bildirib. Bu iki seminar Beynəlxalq Jurnalistlər Federasiyasının Mətbuat azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası ilə birgə başlatdığı Etik Jurnalistika təşəbbüsü-Azərbaycan layihəsi çərçivəsində baş tutub. Koalisiya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Ruh Jurnalistlərin hüquqlarının müdafiəsi Komitəsindən ibarətdir. Etik Jurnalistika təşəbbüsləri - Azərbaycan layihəsi Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki illik layihədir. Etik Jurnalistika təşəbbüsü ?Azərbaycan haqqında layihənin rəsmi internet saytından da daha ətraflı məlumat ala bilərsiniz. http://www.ejiaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR