Maaşı gecikən futbolçular klubu tərk etdi: "Bu vəfasızlığı unutmayacağıq..."

img

15-02-2023 [13:41]


Zəlzələyə görə Türkiyə birinci liqasından çəkilən "Yeni Malatyaspor"da futbolçuların maaşılarının gecikməsi bəzi oyunçuların radikal qərar almasına səbəb olub.

Mia.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, ödənişləri gecikən futbolçular Doğukan Emeksiz və Arda Şengül birtərəfli qaydada müqavilələrini ləğv ediblər: "Birlik və bərabərliyə çox ehtiyacımız olduğu bir dönəmdə, bu futbolçuların vəfasızlığını əsla unutmayacağıq...".

Xatırladaq ki, liqalardan çəkilən komandaların oyunçularının maaşının bir hissəsini Türkiyə Futbol Federasiyası öz üzərinə götürüb.

Fərid,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR