Islam partiyasının ofisini bağladılar

img

13-01-2011 [04:57]


Yanvarın 13-də İslam Partiyasının ofisində də axtarış aparılıb. Axtarış 4 saat çəkib. Partiya qərargahından 4 kompyuter, qovluqlar, sənədlər, kitabların hərəsindən bir nüsxə, disklər götürülüb. Axtarışı Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyev aparıb. İslam Partiyasının üzvləri də hazırda partiya sədri Mövsüm Səmədovun mənzilinin qarşısındadır. Ancaq onları da axtarışı izləməyə qoymayıblar. Partiyadan AzadlıqRadiosunun müxbirinə deyiblər ki, axtarışdan sonra partiyanın ofisini bağlayıblar. Partiya üzvləri deyir ki, polis onlara Movsüm Səmədovun yaşadığı binanı tərk etməyi tapşırıb, əks halda onları da həbslə hədələyib. Qeyd edək ki, Azərbaycan İslam Partiyası dövlət qeydiyyatından keçməyib. ?Media forum? saytının əməkdaşı xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşları yanvarın 13-ü saat 15 radələrində Mövsüm Səmədovun evində axtarış aparmağa başlayan zaman partiya sədrinin qızı müstəntiq Vüqar Nəsibova yaxınlaşaraq ondan evdə obyektiv və düzgün axtarış aparmağı xahiş edib. Bundan sonra Zəhra Səmədova müstəntiqdən xahiş edib ki, ?Quran? a əl basıb and içsin. Müstəntiq kitaba əl basaraq obyektiv və düzgün axtarış aparacağına and içib. Hazırda partiya sədrinin evində axtarış davam edir. Ailənin yaxın qohumları, eləcə də partiya üzvləri bayırda gözləyirlər. Onlar şahid kimi içəri daxil olmaq istəsələr də, hüquq mühafizə orqanı işçiləri onları buraxmayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA