AIDP sədri Pənah Hüseyni ayrı-seçkilik salmaqda ittiham etdi

img

13-01-2011 [12:42]


AİDP sədri hacı Tahir Abbaslı bir sıra müxalifət partiyalarının yaratdığı İctimai Palatanı sözügedən düşərgədə baş verənləri ört-basdır etmək cəhdi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycanda bəzi müxalifət partiyaları dağılmaq zorundadır və məqsədsiz dartışmalar içindədilər: ?Belə sual yaranır: bəs hansı məntiqlə ictimai palatadan söz açırlar. Hesab edirəm ki, bu yolla öz zəifliklərini gizlətmək istəyirlər. İctimai palata bəzi partiyalarin dağılması prosesinə örtükdən başqa bir şey deyil. Elə bu səbəbdən də ictimai palata bəzi şəxslərin oyunçağına çevrilib?. Artıq Müsavat partiyasında parçalanma prosesinin baş verdiyini diqqətə çatdıran AİDP sədri hacı Tahir Abbaslının fikrincə daha bir neçə nüfuzlu şəxs bu partiyanı tərk edəcək. AİDP sədri yaxın vaxtlarda Nəsib Nəsiblinin və Hikmət Hacızadənin belə addım atacağını proqnozlaşdırır: ?Hesab edirəm ki, bu proses yavaş-yavaş aşağılara doğru hərəkət edəcək. Əvvəlcə rayon təşkilatlarının sədrləri, ardınca da sıravi üzvlər partiyanı tərk edəcklər?. T.Abbaslının sözlərinə görə, bu proses bir qədər də partiyanı tərk edən vəzifəli şəxslərin verəcəyi açıqlamalardan asılı olacaq: ?Artıq bu proses başlanıb. İbrahim İbrahimli müəyyən məqamlara toxunub. Çox güman ki, bu söz atışması, ittihamlar bir qədər də dərinləşəcək?. Müsavat daxilində baş verən proseslərin də İctimai Palatanın işinə mənfi təsir göstərdiyini deyən AİDP sədrinin sözlərinə görə, müxalifət düşərgəsini inhisara alanlar bu rolu İctimai Palata da oynayırlar: ?İctimai palatanın yaranmasını və möhkəmlənməsini istəyən şəxs, konkret desək partiya liderləri özlərinin və təşkilatlarının maraqlarından əl çəkməlidirlər. Amma onlar nəinki bunu edir, əksinə ayrı-seçkilik salırlar. Pənah Hüseyn dindarları bu palatadan kənarda saxlamağı məsləhət bilib. O həmişə olduğu kimi demokratiyanı öz arşını ilə ölçür. İslam demokrat olaraq bu addımı ictimai palatanın işinə maneə kimi qiymətləndirirəm?. AİDP sədri deyib ki, İctimai palata düşüncələri və xalqın istəklərini ortaya qoyub onları dünyaya göstərməlıdır: ?Əslində ictimai palatanı siyasi proseslərə təsir imkanlarını gücləndirmək, əhaliyə birlik nümunəsi göstərmək üçün məşq meydanı da saymaq olar. Amma təssüf ki, bu proses baş vermir. Mən heyrətdəyəm ki, Azərbaycan müxalifəti hətta bu ictimai-siyasi məşqdə belə əməkdaşlıq edə bilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA