ADP-nin hakimiyyətdən bez istiqamətdə tələbi var

img

11-01-2011 [01:47]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və bir sıra partiya daxili məsələlər əsas müzakirə obyekti olub. ADP OBYEKTİV MƏHKƏMƏ ARAŞDIRILMASI TƏLƏB EDİR İdarə Heyəti ilk növbədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbs olunması məsələsinə münasibət bildirib və bu faktın arxasında hakimiyyətin seçkidən sonrakı dövrdə vətəndaşlar arasında qorxu və vahimə yaratmaqla onların diqqətinin baş verən seçki saxtakarlığından yayındırılması və ölkədə siyasi institutlaşmanın həbs və repressiyalar vasitəsi ilə qarşısının alınması istəyinin durmasını diqqətə çatdırıb. İdarə Heyəti üzvləri baş verən bu hadisəni pisləməklə yanaşı hakimiyyəti həmin şəxslər barədə düzgün məhkəmə araşdırmaları və obyektiv təhqiqat aparılması üçün lazımi addımlar atmağa və həbsin mötivlərinin aşkarlanıb cəmiyyətə çatdırılması üçün lazımi addımlar atmağa çağırıb. SİYASİ MƏHBUS PROBLEMİNƏ SON QOYULMALI İdarə Heyəti üzvləri ölkə prezidentinin yeni il qabağı imzaladığı əfv fərmanını humanist prinsiplərdən irəli gələn bir addım kimi dəyərləndirməklə yanaşı ölkədə hələ də jurnalistlərin və siyasi məhbusların həbsdə olmasından narahat olduğunu bildirib və dövlət başçısını yeni bir amnistiya elan etməklə siyasi məhbus probleminə son qoymağa çağırıb. ADP MONOPOLİYA SİYASƏTİNİN QARŞISINI ALMAĞA ÇAĞIRIR İdarə heyəti üzvləri ölkədə qiymətlərin qalxması və bu fonda əmək haqqının indeksasiya edilməməsi faktından narahat olduğunu bildirib və əmək haqqı ilə qiymətlər arasında yaranan kəskin fərqin vətəndaşların istismar dərəcəsinin göstəricisi olduğunu qeyd etməklə, bahalaşma və qiymət artımının arxasında yeridilən monopoliya siyasətinin durduğunu diqqətə çatdırıb və hakimiyyəti antimonopoliya qanununu tətbiq etməklə bazar iqtisadiyyatının inkişafına yönələn addımlar atmağa çağırıb. ADP KRİMİNAL ELEMENTLƏRİN DƏRİNLƏŞMƏSİNDƏN NARAHAT OLDUĞUNU BİLDİRİR Son vaxtlar cəmiyyətdə qətl, ölüm, sui-qəsd və kriminal elementlərin daha da güclənməsindən narahat olduğunu bildirən İdarə Heyəti üzvləri bu neqativlərin, ölkədə yaşanan sosial fəlakətlərdən, məmur özbaşınalığından, sosial ədalət prinsipinin pozulmasından, korrupsiya və rüşvətxorluğun adi həyat normasına çevrilməsindən, minimum yaşayışa uyğun gəlməyən qiymət bahalaşmasından, kəskin qütbləşmədən və vətəndaşları daha ciddi problemlərlə üz-üzə qoyan digər sosial neqativlərin mövcudluğundan doğduğunu bildirib və hakimiyyəti ölkə əhalisinin sosial həyatını fəlakətə sürükləyən bu cür neqativlərin aradan qaldırılması üçün ciddi addımlar atmağa çağırıb. ADP HAKİMİYYƏTİ QAÇQIN VƏ DİDƏRGİNLƏRİN SOSİAL MÜDAFİƏSİNƏ YÖNƏLİK ADDIMLAR ATMAĞA ÇAĞIRIR Köçkün və didərginlərə kompensasiya olaraq ayrılan çörək pulunun dayandırılmasından yaranan narazılıqlara münasibət bildirən toplantı iştirakçıları imkansız vəziyyətə düşən bu cür ailələrə dövlət tərəfindən yardım edilməsinin vacibliyini bildirməklə, hakimiyyəti onların həyat tərzinin yaxşılaşmasına istiqamətlənən geniş sosial-iqtisadi tədbirlər planı hazırlayıb həyata keçirməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA