islam Partiyasının sədrinə görə Demokratiya Uğrunda ittifaqda fikir ayrılığı yaranıb

img

11-01-2011 [01:30]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının son toplantısında Azərbaycan Milli Dövlətçilik və İslam partiyalarının sədrlərinin həbsinə etiraz bəyanatı qəbul edilib. Bu məsələdə fərqli mövqeyə malik olan və DUİ-də həmin bəyanatın qəbuluna səs verməyən MQP başqanı Vüqar Bəyturan MİA-ya açıqlamasında deyib ki, onlar Nemət Pənahlının həbsinə etiraz etmənin tərəfində olsa da, AİP sədri Mövsüm Səmədovla bağlı fərqli mövqedədir: ?MQP və ondan əvvəl Türk Millətçi Partiyasının rəhbəri olanda mən dəfələrlə bəyan etmişəm ki, AİP-in adındakı Azərbaycan sözü yerində deyil, çünki bu partiya yarandığı gündən fars molla rejiminin təsirində olub. Bu partiyanın həm indiki, həm də keçmiş rəhbərliyi vətən kim İranı qəbul edən, bu üzdəniraq dövlətin xüsusi xidmət orqanlarını isə rəhbərliyi hesab edən şəxslərdir. İslam Partiyasını qeydiyyata almayan hakimiyyət kobud səhv buraxıb ki, bu insanların islam adı altında təşkilatlanmasını qadağan etməyib. Mən və partiyan AİP-lə bağlı hakimiyyətin atdığı addımları demokratik prinsiplərin pozulması kimi qəbul etmirik. Biz DUİ-nin bu barədə mövqeyini bölüşmür və hakimiyyəti daha ciddi addımlar atmağa çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA