Yazıllar Partiyası etiraz bəyanatı verdi

img

11-01-2011 [01:24]


10 Yanvar 2011-ci il tarixdə Azərbaycan Yaşıllar Partiyasının Siyasi Şurasının toplantısı keçirilmişdir. Toplantıda Azərbaycanda insan hüquqlarının vəziyyəti müzakirə edilmiş, hicaba qarşı qoyulan qadağalara etiraz edən şəxslərin həbs edilməsinə etiraz bəyanatı qəbul edilib. MIA-ya daxil olan bəyənatda deyilir: ?Son bir neçə gün ərzində çoxlu sayda dindarın müxtəlif bəhanələrlə həbs edilməsi Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin olduğundan xəbər verir. Heç şübhə yoxdur ki, bu insanların həbsi onların siyasi fəaliyyəti və hicaba qoyulan qadağaya qarşı açıq etirazları ilə bağlıdır. Lakin nəzərə almaq lazımdır ki, orta məktəblərdə hicabın heç bir əsas olmadan qadağan edilməsi Azərbaycan Konstitusiyasının 42-ci və 48-ci maddələrinin açıq-aşkar pozulmasıdır. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Konstitusiyasının müvafiq maddələrinin kobud şəkildə pozulmasına etiraz etmək isə Azərbaycan vətəndaşlarının hüququdur. Belə ki, ?Şərəf və ləyaqətin müdafiəsi hüququ? Azərbaycan Konstitusiyasının 46-cı maddəsində, ?Sərbəst toplaşmaq azadlığı? hüququ isə Konstitusiyanın 49-cu maddəsində təsbit edilib. Hicaba qoyulan qeyri-qanuni qadağaya öz etirazını bildirən və öz Konstitusiya hüquqlarının qorunmasına cəhd göstərən insanların təqib və həbs edilməsi bir daha sübut edir ki, Azərbaycan hökuməti cəmiyyəti demokratik prinsiplərlə deyil, qorxu və təzyiqlərlə idarə etmək niyyətindədir. Azərbaycan Yaşıllar Partiyası əmin olduğunu bildirir ki, hicaba qoyulan qadağaya öz etirazını bildirən insanların həbsi siyasi motivlidir və cəmiyyətin demokratik inkişafına, Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi təhlükədir. Belə həbslər Azərbaycan hakimiyyəti ilə vətəndaşlar arasında ciddi uçurum və etimadsızlıq yaradır. Azərbaycan Yaşıllar Partiyası belə hesab edir ki, dini və siyasi zəmində həbslər insan hüquqlarının kobud pozulmasıdır və belə həbslərə son qoyulmalı, həbs edilmiş şəxslər isə dərhal azad edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA