QAT islam Partiyasının rəhbərlərinin həbsi ilə bağlı bəyanat verdi

img

11-01-2011 [01:07]


?Qarabağ Azadlıq Təşkilatı Azərbaycan İslam Partiyasının rəhbərlərinin, bir sıra dindarların uydurma ittihamlarla həbs olunmasını qətiyyətlə pisləyir.Bu həbs və təzyiqlər yalnız ayrı-ayrı fərdlərə qarşı deyil, İslam dininə qarşı yönəlmişdir. Bu hadisələr, həmçinin bir müddət əvvəl hicabın qadağası ilə başlanmış proseslər Azərbaycan dövlətinin dayaqlarının zəiflədilməsinə, sarsıdılmasına yönəlmişdir?. Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, İslam dini Azərbaycanın dövlət atributlarında, bayrağında öz əksini tapmış və Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir. İslam dini Azərbaycan xalqının mənəvi-mədəni dəyərlərinin, əxlaq və adət-ənənələrinin, həyat tərzinin kökündə dayanır. Bu gün İslam dininə qarşı səlib yürüşlərinin yeni mərhələsi başlanmışdır. Bu yürüş xarici qüvvələr tərəfindən həyata keçirilir, hakimiyyətin daxilindəki bəzi qüvvələr isə bu siyasətin həyata keçirilməsində alət rolunu oynayırlar. İslam dininə qarşı yeni səlib yürüşü təşkil edənlər bir tərəfdən Azərbaycan dövlətinin dayaqlarını sarsıtmağa, digər tərəfdən isə, Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa cəhd göstərirlər. İşğalçı Ermənistanla üz-üzə qalan, ölüm-dirim mübarizəsində olan Azərbaycan cəmiyyəti üçün qarşıdurma və parçalanma meylləri çox ciddi fəsadlar törədə bilər. Biz hesab edirik ki, hakimiyyət bu təhlükəli siyasətdən geri çəkilməli, həbs olunmuş dindarları azad etməli, bəzi xarici qüvvələrin öz məkrli niyyətlərini Azərbaycanda reallaşdırmasına imkan verməməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA