MMP-də qurultayla bağlı toplantıda narazılıq yaranıb

img

10-01-2011 [01:10]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın növbədənkənar keçirəcəyi qurultayı ilə bağlı toplantı keçirilib. MMP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, topalntıda ənənəvi olaraq qurultaya hazırlıq, təşkilati məsələlərlə bağlı dinləmələr, qurultayın nizamnaməsinin yenidən işlənmiş variantı oxunub və müzakirəyə çıxarılıb. Qeyd edək ki, MMP-də ölkədə keçirilən sonuncu parlament seçkilərindən sonra narazılıqlar pik həddinə çatıb. Hal-hazırda partiyada ikitirəlik hökm sürməkdədir. Bu toplantıda da nizamnamədə edilən dəyişikliklərin və partiyanın kursunun dəyişdirilməsi məsələsinin müzakirəsi zamanı Hafiz Hacıyevin tərəfdarları ilə narazı qrup arasında yenidən söz mübahisəsi yaranıb. Mübahisəyə səbəb işlənib hazırlanmış nizamnamənin və partiyanın bundan sonrakı fəaliyyət planının köhnəsi ilə heç nədən fərqlənməməsi olub. Narazılığın aradan qaldırılmasına nail olan ağsaqqal təbəqə hər iki layihənin yenidən işlənib hazırlanması üçün işçi qrupuna xüsusi tapşırıqlar verib. Beləliklə, MMP-də baş tutmuş toplantı nəticəsiz başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA