09-01-2011 [05:10]
Parlament seçkilərindən bir sıra birliklər fəaliyyətlərini mxtəlif formatlarda davam etdirsələr də, BAXCP, Ədalət və BQP-nin birləşdiyi ?İslahat? bloku fəaliyyətini yekunlaşdırıb. BAXCP sədrinin müavin Niyaməddin Orduxanlı partiyalar arasında normal münasibətlərin olduğunu bildirsə də, bu üçlüyün növbəti mərhələdə birgə fəaliyyətinin mümkün-olub-olmaması barədə qərar verilmədiyini deyir.
- Hazırda ?İslahat? blokuna daxil olan partiyaların əməkdaşlığı parlamentdə davam edir. Yəni ümummilli məsələlərdə Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, İlyas İsmayılovun simasında birgə fəaliyyət mövcuddur. Amma bu partiyaların gələcəkdə hansısa blok şəklində fəaliyyət göstərməsi, seçkiyə birgə getmək barədə qərar verməsi ilə bağlı qərar yoxdur.
- Seçkidə iştirak edən ?Qarabağ? seçki bloku artıq siyasi blok kimi fəaliyyətə başlayıb və hədəfləri 2013-cü il prezident seçkiləridir. Bu mənada Sizin hədəfiniz nədir?
- Hazıdar partiyalarımız arasında normal münasibətlər var. Bu münasibətlərin 2013-cü il prezident seçkilərində də bu şəkildə qalacağı, yəni vahid təşkilat kimi prosesə qoşulacağını bəri başdan demək çətindir. Təbii ki, 2013 seçkilərində də hansısa əməkdaşlıq formatı tapıla bilər. Ancaq hələki belə bir format ortada deyil.
- Digər müxalifət partiyaları isə İctimai Palatada birləşirlər. Siz bu birliyin perspektivini necə görürsünüz?
- İctimai Palatanın yaradılmasını gündəmdə qalmaq üçün yaradılan qurum kimi dəyərləndirirəm. Mən parlament seçkilərindən öncə köşə yazmışdı və bildirmişdim ki, parlamentdə ya radikallar olacaq, ya da konstruktivlər. Əslində mənim dediklərim özünü doğrultdu. Ralikalların bir nümayəndəsi belə parlamentə düşmədi. Yəni bu seçki radikalların iflası oldu. Bilirsiniz, Azərbaycan cəmiyyəti radikallıq istəmir. 20 ildən çox radikallıq göstərən İsa Qəmbər sonda bir manat belə qazana bilmədi. Aksiya keçirirlər və bu aksiyalarda 200 nəfərdən çox adam iştirak eləmirsə, deməli, müxalifət siyasətini çoxdan dəyişməli idi. Necə ki, biz on ildir bu siyasətdən imtina eləmişik. Bu siyasət uğur gətirmir. Azərbaycan cəmiyyəti islahatın tərəfdarıdır. Bu gün Azərbaycanda bütün sahələrdə islahata ehtiyac var. Amma bu dəyişikliklərin radikallıq üzərinədə olmasnı istəmirlər.
- Amma bir məsələdə var ki, bu islahatları hakimiyyət etməlir, o da bu islahatlara getmir?
- Əslində hakimiyyətin özü də maraqlı olmalıdır ki, bu islahatların aparılması zəruridir. Belə götürsək, bu gün parlamentdə də birhakimiyyətlilik hökm sürür. Adi bir komitə sədri, yaxud müavini səviyysində belə müxalifətin nümayəndəsi təmsil olunmur. Hətta uzun illər bu hakimiyyətinsiyasətini müdafiə edən Zahid Oruc belə Milli Məclis rəhbərliyində təmsil olunmur. Bunun özü Azərbaycan üçün müsbət göstərici deyil.
- Bu, parlamentdə olan müxalifətin zəifliyindən irəli gəlmir ki?
- Xeyr. Bunun parlamentə olan müxalifət zəif, yaxud güclü olmasından asılı deyil. Bundan öncə radikal müxalifətin nümayəndələri parlamentdə təmsil olunurdu. Amma hakimiyyət bu siyasətini o zaman da davam etdirirdi. Biz bu siyasətin dəyişilməsinin tərədarıyıq. Amma bu dəyişikliyi qarşıdurma, iğtişaşlarla deyil, normal, sivil ölkələrdə olduğu kimi islahat yolu ilə aparmağın tərəfdarıyıq. 20 il bir adamın eyni postda nazir işləməsi nə deməkdir? Bu prinsiplər həmin sahəni inkişaf etdirmək olmaz. Demokrtik ölkələrin heç birində bir adamın 20 il nazir işləməsi faktına rast gəlmək olmaz. Bunun özü korrupsiyanı, neqativ halların olmasından xəbər verir.
- Sizin təbirinizcə desək, radikal müxalifət də bunları deyir də?
- Onlar bunu qəbul olunacaq formada demirlər. Onların apardıqları siyasət kökündən yanlışdır. Təsəvvür edin Əli Kərimli parlament seçkilərinə bir neçə ay qalmış özünün beş illik müttəfiqi olan Lalə Şövkətdən imtina edib və bu beş il ərzində bütün günü tənqid, bəzən də təhqir etdikləri Müsavatla bir yerdə seçkiyə getdi. İsa Qəmbər Əli Kərimlini xəyanətkar adlandırır, Rauf Arifoğlu satqın adlandırır, Əli Kərimli Rauf Arifoğluna cinayət işi açılması üçün baş prokurora müraciət edir. Bu cür bir-birinə antaqanist münasibətdə olan insanlar günü birində deyirlər ki, birləşək. Təvazökarlıqdan uzaq olsun, mən Qüdrət Həsənquliyevin müavini kimi seçkidə 3 mindən çox səs toplamışam, amma özünü dahi lider sayan Əli Kərimli, yaxud özünü böyük başqan hesab edən İsa Qəmbər məndən min səs aşağı səs toplayıb. Mən özümü öymək üçün yox, onların cəmiyyət tərəfindən dəstəklənmədiyini deyirəm. Yəni xalq radikal müxalifəti dəstəkləmir. İndii birləşmək istəyirlər. Başa düşmürəm ki, Müsavat Əli Kərimlini neyniyir? Məgər Əli Kərimlinin yanında adammı qalıb ki, kiminləsə birləşsinlər. Ətrafında elə adamlar var ki, Allahın ünvanına da təhqirlər yazırlar. Müsavatın ikinci şəxsi, başqan müavinləri, funksionerlər istefa verib partiydan gedirlər, amma deyirlər ki, Müsavatda heç nə baş vermir. Əgər İsa qəmbər düzgün siyasət aparsaydı, heç kim istefa verib getməzdi. Ən acınacaqlısı odur ki, istefa verib gedən adamların 20 illik əziyyəti nəzərə alınmır. Müsavatın bir neçə funksioneri Qabil Hüseynlini, İbrahim İbrahimlini, Adil Qeybullanı necə təhqir edirlər. Ona görə deyirəm ki, Müsavatla AXCP əxlaqlı siyasət aparmır. Əli Kərimlinin müavinləri Nurəddin Məmmədli Razi Nurullayev bütün partiyalarda olublar, hamının müavini vəzifəsində çalışıblar. Belə getsə, Müsavat Partiyası AXCP-nin, İsa Qəmbər də Əli Kərimlinin gününə qalacaq. Biabırçılıq odur ki, mən öz fikirimi bildirirəm, amma qarşı tərəf özünü demokrat adlandıra-adlandıra öz fikrini bildirən adamları təhqir edir. Əgər hakimiyyət köklü şəkildə islahat aparsa, Azərbaycanda bu tipli müxalifət qalmayacaq. Bir ildən sonra Azərbaycanda insanların yadına nə Əli Kərimli, nə İsa Qəmbər düşəcək.