Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub

img

08-01-2011 [05:47]


Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı həbs olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə N.Pənahlının qardaşıolğu Pənah Pənahlı məlumat verib. Onun sözlərinə görə, bu, partiya sədri əvvəlcədən qurulan təxribatdır: ?Bildiyiniz kimi, Nemət bəy ailəsini dolandırmaq üçün maşın alveri ilə məşğuldur. Dünən manış alqı-satqısı elədiyi şəxslərdən biri ona zəng edərək Nəsimi rayonunun Mirəli Qaşqay küçəsinə çağırıb və bildirib ki, maşında problem ortaya çıxıb. Nemət bəy deyilən yerə gedəndə məlum olub ki, maşının kapot hissəsində sonradan olan qırıq var. Yəni əvvəlcədən elə bir şey olmayıb. O da bunu başa düşdüyündən etirazını bildirib. Qarşı tərəf isə onu təhqir edib və üstünə cumub. Nemət bəy də özünü qorumağa çalışıb. Bu zaman kənarda post-patrul maşınında onları video ilə çəkdiklərini görüb. Bundan sonra başan düşüb ki, bu, bir təxribatdır. Nə qədər söyüş söysələr də, fikir verməyib?. Partiya sədrinin qardaş oğlu N.Pənahlının bu gün saxlanıldığını bildirib: ?Bu gün bir iki saat əvvəl bir nəfər zəng elədi ki, maşın almaq istəyirik. Nemət bəy də aşığı düşəndən sonra mülki geyimli şəxslər tərəfindən tutuldu. Öyrəndik ki, Nəsimi rayon polis idarəsinə apırıblar. Hazırda biz idarənin qarşısındayıq. Nemət bəyi nəyə görə həbs etdiklərini demirlər. Elə bu dəqiqələrdə Nemət bəy bizə zəng edib dedi ki, artıq ona cinayət işi açılıb?. P.Pənahlı onu da vurğulayıb ki, partiya sədrinə qarşı belə bir təxribatın hazırlanması son dövrlər onun aktiv siyasi fəaliyyəti ilə bağlıdır: ?Bildiyiniz kimi, Nemət bəy son günlər hakimiyyətin ünvanına tənqidi çxışlar edir, mətbuatda yazılar yazır. Hesab edirik ki, bunun qarşılığı olaraq ona qarşı belə bir təxribat hazırlayıb həbs ediblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA