DUI hakimiyyətdən qiymətləri azağı salmağı tələb edib

img

07-01-2011 [02:50]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUI Sədrlər Şurası qərarların icra vəziyyətinin qənaətbəxş hesab edib. Sədrlər Şurasında DUI Məclisinin formalaşdırılması qərara alınıb və quruma daxil olan müraciətlərlə bağlı müzakirələr aparılıb, bu barədə razılaşma əldə olunub. DUI Sədrlər Şurası yeni ildə baş verən süni bahalaşma prosesinə etirazını bildirib və bəyanat qəbul edib. Bəyanatda hakimiyyətdən tələb olunur ki, duruma təcili müdaxilə etsin, onsuz da ağır sosial-iqtisadi durumda olan ölkə əhalisinin vəziyyətini dözülməz həddə çatdırılmasının qarşısını almaq üçün tədbirlər görsün.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA