Milli Məclis Sağlamlıq və Sosial Müdafiə məcəllələri hazırlayır

img

06-01-2011 [03:11]


Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən Sağlamlıq və Sosial Müdafiə məcəllərinin hazırlanması nəzərdə tutulur. Bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəbli bildirib ki, komitə sosial sifarişə uyğun olaraq qanun layihələri hazırlayır. Eyni zamanda, sosial qanunvericilik sahəsində digər ölkələrin təcrübəsi öyrənilir. Onun sözlərinə görə, insanların sağlamlığının qorunması üçün dövlətimiz lazımi addımlar atır. Bu sahədə bir sıra qanunların qəbul olunduğunu xatırladan komitə sədri Sağlamlıq Məcəlləsinin hazırlanacağını bildirib. H.Rəcəbli, həmçinin sosial müdafiə sahəsində də məcəllənin olmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA