Əli Kərimli: ?Müsavat partiyasının mövqeyi ilə bağlı tələsmək lazım deyil"

img

04-01-2011 [04:52]


?İctimai Palata və AXCP-Müsavat birliyi bir-birinə alternativ deyillər. İctimai Palata çox vacib, faydalı bir mexanizmdir. Burada həm siyasi partiyalar, həm bütün vətəndaş cəmiyyəti təmsil olunur. Amma avtoritarizmdə mübarizənin əsas ağırlığı avanqard, siyasi partiyanın üzərinə düşür. Bizim məqsədimiz həmin o avanqard siyasi partiyanın formalaşmasıdır ki, ona görə də Xalq Cəbhəsi və Müsavatın bir partiyada birləşməsi siyasətinə sadiqik?. AXCP sədri Əli Kərimli AzadliqRadiosuna müsahibəsində bunları deyib. Partiya sədri bildirib ki, AXCP hazırda Müsavat partiyasının iki partiyanın birləşib-birləşməməklə bağlı qərarını gözləyir. ?Müsavat partiyasının mövqeyi ilə bağlı tələsmək lazım deyil. Müsavat partiyası rəsmi bir qərar verib birləşmədən imtina etməyib ki? Mən də arzulayıram ki, sürətlə olsun bu proses. Amma əgər orada fərqli fikirlər varsa, orada bir qədər ehtiyatlı olmaq istəyənlər varsa, biz dözümlü və səbirli olmalıyıq. Biz tez bunu istəyirik deyə, qaş düzəltdiyimiz yerdə göz vurub çıxara bilmərik ki? Bizim indi tələsdirməmiz nə nəticə verə bilər ki? Bu qərar hər necə olsa Müsavat partiyasının daxilində verilməlidir. Biz sadəcə zaman-zaman bu qərarı gözlədiyimizi ifadə edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA