Lalə Şövkət Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqı təbrik edib

img

31-12-2010 [03:20]


Azərbaycan Liberal Partiyasının lideri professor Lalə Şövkət Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqı təbrik edib. Təbrikdə deyilir: ?Əziz soydaşlarım! Sizi Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bir xalqın bütünləşməsi, böyüməsi və məfkurə yolu ilə hədəfinə çatmasında xalqın həmrəyliyi əsas həlledici rol oynayır. Arzu edirəm ki, Həmrəylik Günümüzü onun mahiyyətini dərk edərək qeyd edək. Millətimiz tarixən çox sınaqlardan keçib, bəzən uçurumun qarşısında da dayanmalı olub. Lakin Xalq belə tarixi anlarda həmrəylik göstərərək varlığını qoruyub saxlaya bilib. Arzu edirəm hər birimiz bu günü Milli məfkurəmiz yolunda həyatından keçmiş insanları vəfa ilə anaraq və bu Yolu gedən fədakarlara təşəkkür bildirərək qeyd edək. Bu, bir Millətin, bir Xalqın özünü dərk etməsi, Milli Ruhuna sədaqəti, tarixinə hörməti və ehtiramıdır. Əziz soydaşlarım! Böyük Millətin böyük hədəfləri olur. Bayramlar hədəflərə xidmət məzmununu daşıyar. Ümidvaram ki, məzmunumuzu, hədəfimizi dərk edərək biz hamımız bir məfkurə Yolunun yolçularıyıq. Bu Yolda yolunuz və bəxtiniz açıq olsun. Bu Haqq Yolunu həyat tərzi olaraq seçənləri Allaha əmanət edir, Böyük Millətimizin tarixi missiyasının gerçəkləşdirməsində sonsuz iradə, əzm, ləyaqət, bitməyən fəzilət və durmadan artan Millət Sevgisi arzulayıram. Yeni İliniz uğurlu olsun!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA