?Soros? Bakıda qalib jurnalistlərin pullarını verib

img

29-12-2010 [04:44]


Bu gün Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda ?Media və İctimai Vəsaitlərin Şəffaflığı? adlı müsabiqəsində qalib gəlmiş jurnalistlərin mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı müsabiqənin qalibləri və qalib gəlməyən iştirakçılar münsiflər heyətinə onları maraqlandıran sualları verib, müsabiqə ilə bağlı istənilən məsələyə aydınlıq gətirmək üçün Fond tərəfindən onlar üçün yaradılmış imkanlardan istifadə ediblər. Jurnalistlər bildiriblər ki, Azərbaycanda bu cür müsabiqələrin tez-tez keçirilməsinin zərurəti var və bu sahədə Fondun göstərdiyi təşşəbbüslər yüksək qiymətləndirilməlidir. ACİ-YF nümayəndələri bu təşşəbbüslər davam edəcəyi və yaxın gələcəkdə Regional Araşdırma Jurnalistika Məktəbinin yaranması üçün ciddi addımların atılacağını qeyd ediblər. Xatırladaq ki, ACİ-YF Şəffaflıq və İfadə Azadlığı proqramı tərəfindən aparılan ?Media və İctimai Vəsaitlərin Şəffaflığı? layihəsi çərçivəsində jurnalist müsabiqəsində qalib gəlmiş araşdırma müəlliflərinin adları artıq elan olunub. Ümümilikdə müsabiqədə 8 jurnalist qalib gəlib. Fond tərəfindən onlara sertifikat və mükafatlar təqdim edilib. ?Media və İctimai Vəsaitlərin Şəffaflığı? layihəsi çərçivəsində jurnalist müsabiqəsində qalib gəlmiş araşdırma müəllifləri bunlardır: Qaliblər: - Rəna Allahverdiyeva - ?Sabirabadın Kürdənsonrakı abadlığı?- 85.2 xal (2-ci yer, mukafat:1500 USD) - Səadət Akifqızı ? ?Duza qoyulmuş milyonlar? 82.2 xal (2-ci yer, müsabiqənin zaman şərti pozulduğundan mukafat almır) - Qurban Yaquboğlu ? ?Pulqıran maşınlar? 65.2 xal (3-ci yer, mukafat: 1000 USD) - Nicat Dağlar ? ?Aqrolizinq, yoxsa aqrotalan?? 79.6 xal (3-cü yür, müsabiqənin yazı məhdudiyyəti şərti pozulduğundan mukafat almır) - Vüsalə Rüstəmova ? ?Gübrə bazarında şok maxinasiyalar? 65 xal (3-cü yer, mükafat:1000 USD) - Cavid Xəlilov ? ??????? ???????????? ?????????????? ? ????????????? 71.4 xal (3-cü yer, mükafat:1000 USD) - Elxan Salahov ? ?Soyuducu anbarlar boş qalıb? 77 xal (3-cü yer, müsabiqənin zaman şərti pozulduğundan mukafat almır) - Şahnaz Bəylərqızı ? ?İntellektual sistem, yoxsa milyonların yuyulması?? 79 xal (3-cü yer, müsabiqənin zaman şərti pozulduğundan mukafat almır) ACİ-YF ən yaxşı 5 yazının ictimai vəkilik işini təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR