17-ci Dədə Camal Məclisi təzkil olunub

img

31-01-2011 [12:45]


30 yanvar tarixində ?Ulu Borçalı? restoranında ?Bolnisinin dünəni, bu günü, sabahı? mövzusunda 17-ci Dədə Camal Məclisi təşkil olunub. Məclisin aparıcısı folklorşünas alim Elxan Məmmədli qonaqları salamlayaraq Dədə Camal Məclislərinin hər ayın sonuncu bazar günü təşkil olunduğunu və bu məclisin Borçalı problemlərinin gündəmdə saxlanmasına, millətimizin həmrəyliyinə xidmət edən bir məclis olduğunu vurğuladı. Qısa çıxışdan sonra o, sözü ?Borçalı? Cəmiyyətinin Sədri Zəlimxan Məmmədliyə verdi. O, Bolnisinin Borçalının ən problemli bölgəsi olduğunu vurğuladı. 1990-1992-ci illərdə Bolnisidə yerləşən 37 türk kənd adından 31-nin əsassız olaraq dəyişdirilməsini və hələdə bu problemin həllini tapmamasını təəsüflə vurğuladı və bu problemlərin həlli ilə bağlı başladıqları kompaniyanı sonadək davam etdirəcəklərini qeyd etdi. Toponimlərlə bağlı Kvemo Kartli quberniya rəsmilərinin ?toponimlərin dəyişdirilməsi yanlış addımdır lakin, yenidən bərpası çətin məsələdir? açıqlamasına da münasibət bildirərək vurğuladı ki, artıq Gürcüstan hakimiyyəti toponimlərlə bağlı yanlış addım atdıqlarını etiraf edib. Biz onlara bu səhvin düzəldilməsinin iki xalqın və ümumilikdə regionun maraqlarına uyğunluğuna inandırmalı, toponimlərlə bağlı Gürcüstan Konstitusiyası və Beynəlxalq hüquqa sayğımızı bir daha nümayiş etdirməliyik. Birliyimiz bu səhvin aradan qaldırılmasını hökmən təmin edəcəkdir. Daha sonra Zəlimxan Məmmədli müsəlman kəndlərin girəcəyində ucaldılmış xaçlara münasibət bildirərək vurğuladı ki, bu məsələdə dini dözümsüzlük elementləri var və inandığını bildirdi ki, demokratik Gürcüstan insan və dini haqları nəzərə alaraq bu məsələni tezliklə həll edəcək. Daha sonra Zəlimxan Məmmədli qeyd etdiki bu məclis insanları ayda bir dəfə bir araya gətirməklə, problemləri gündəmdə saxlamaqla, onların həllinə töhvə verib və verəcəkdir. Borçalıların parçalanma obrazını yaratmağa cəhd edən bir qrup insanlar ola bilər. Lakin bu birliyimiz, ruhlarımızın birliyi o qədər möhkəmdir ki, məkrli oyun oynayanların heç nəyə nail olmayacaqlarını vurğuladı. Bu birliyimiz sahəsində qazanan sizlər, bizlər, Ölkələrimiz və Borçalı olacaq. Borçalı Cəmiyyətinin mövqeyi hamıya aydındır. Biz Gürcüstan üçün təhlükə mənbəyi deyilik. Biz separatizmi lənətləyirik. Biz Gürcüstan dövlətçiliyinə sadiqik. Gürcüstanda soydaşlarımıza qarşı özbaşınalıqlara qarşı öz etirazımızıda bildirmək haqqımız var və bildirməkdəyik. Zəlimxan Məmmədlinin çıxışından sonra bu mövzu ətrafında məruzə üçün söz tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədliyə verildi. Kərəm bəy Bolnisinin tarixindən, bu günündən əhatəli və maraqlı məruzəsi diqqətlə dinlənildi. Daha sonra söz ?Bolnisidə 1988-1993-cü illərdə baş verənlərin mahiyyəti? mövzusunda məruzə üçün Müşviz Çobanlıya verildi. O, həmin dövrdə baş verənləri sovet siyasi-hərbi maşınının yeni etnik və dini zəmində qarşıdurma yaratma cəhdi kimi dəyərləndirərək, Bolnisidə maarifləndirmə işlərinin aparılmasının zəruriliyini vurğuladı. Gürcüstanda maariflənirmək üçün qəzet, jurnallarının azlığını qeyd etdi və bu istiqamətdə işlərin görülməsinin maarifləndirmə siyasətinə təkan verəcəyini vurğuladı. O, Borçalı Cəmiyyətinin dəstək verdiyi Rustavidə salınacaq Dövlət Universiteti kompleksi ilə bağlı layihəsinin uğur qazanacağına inandığını bidirdi. Daha sonra söz görkəmli şair Nizmai Saraçlıya verildi. Nizami müəllim ?Borçalı? İC-ni dəstəklədiyini və problemlərin həlli istiqamətində mədəniyyətlə qalib gələcəyinə inandığını bildirdi. Dəyərli ziyalımız Abbas Abdulla çıxışında ?Borçalı? Cəmiyyətinə belə təıdbir keçirdiyi üçün təşəkkürünü bildirdi və qeyd etdi ki, Bolnisinin kəndlərinin adları nə qədər dəyişdirilsədə buna dözmək olar. Ancaq təki həmin torpaqlar içində biz Türklər daim var olaq və oraları şenləndirək. O, vurğuladı ki yalnız birliyimiz problemlərin həllində bizə yardımçi olacaq. Professor Nəsib Nəsibli çıxış edərək bildirdiki biz problemləri daim gündəmdə saxlamalı və bu problemlərin həlli istiqamətində sözdə yox əməldə bir olmağın vacibliyini vurğuladı. Görkəmli ziyalımız Əmirxan Babaşlı Borçalıları bir araya yığıb problemləri gündəmdə saxladğına görə ?Borçalı? İC-nə öz təşəkkürünü bildirmiş və Borçalı tarixinin mükəmməl şəkildə araşdırılmasını və yenidən yazılmasının zəruriliyini vurğuladı və bu istiqamətdə alimlərimizin bütün səylərini səfərbər etmələrini xaiş etdi. Daha sonra ?İcmal? qəzetinin xüsusi müxbiri Hacı Loğman Borçalıdan olan iş adamlarının Borçalıya investisiya yatırmasını, hamının ümumilli problemimiz üçün sözlə yox əməllə xidmət etməyə çağırdı. Daha sonra ?Kəpənəkçi? Cəmiyyətinin Sədri Rəşid Bədəlov, prezident təqaüdçüsü İlyas Tapdıq, professor Telman Əliyev, ?Borçalı? və ?Qafqaz Press? qəzetlərinin baş redaktoru Hacı Azadə xanım, şair Osman Əhmədoğlu bu mövzu ətrafında öz dəyərli fikirlərini bölüşdülər. Sənət nümayəndələrindən Aşıq Ramin Qarayev, Aşıq Cavanşir, şairələr Səadət Buta, Sənəm Səbail öz ifalarıyla məclisə əlavə xoş ovqat qatmışlar. Sonda Zəlimxan Məmmədli Cəmiyyətinin qarşıdakı tədbirlər proqramını açıqlamış, vurğulamışdır ki, bu gün biz Borçalı problemini birgə müzakirə etdik və bu məclisə bir növ Borçalı forumu adıda vermək olar. Kənarda bu mövzuya müraciət edənləri də ehtiyatlı olmağa, vəhtədə xidmətə çağırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR