Sabah Milli Məclisinin 2010-cu ildə sonuncu iclası keçiriləcək

img

29-12-2010 [12:58]


Sabah Azərbaycan Milli Məclisinin 2010-cu ildə sonuncu iclası keçiriləcək. İclasda Milli Məclis adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət də qəbul ediləcək. Daha sonra, bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər də ediləcək. Belə ki, iclasda ?Dövlət rüsumu haqqında? qanuna əlavə və dəyişikliklər, ?Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə?yə, ?Fərdi məlumatlar haqqında? qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər və ?Ədliyyə orqanlarında qulluqkeçmə haqqında? qanuna əlavələr səsverməyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA