iqbal Ağazadə və Sərdar Cəlaloğlu Qarabağ Siyasi Blokunun elan edilməsi ilə bağlı razılazdılar

img

28-12-2010 [01:43]


Bu gün ADP mərkəzi qərargahında Ümid partiyasının sədri, Millət vəkili İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib. Görüşdə Azərbaycanda ictimai siyasi vəziyyət, siyasi müxalifətin qarşısında duran əsas problemlər və Azərbaycanın siyasi inkişaf istiqamətləri haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin milli məsələlərə yanaşmanın, siyasi məqsəd və vasitələrin uyğunluğu və xüsusən 2010-cu il parlament seçkiləri ərəfəsində yaradılmış Qarabağ Seçki Blokunun fəaliyyəti nəzərə alınaraq Ümid və ADP-nin təsisçiliyi ilə Qarabağ Siyasi Blokunun elan edilməsi ilə bağlı razılıq əldə edilib. Blokun təsis edilməsi prosesinin 2011-ci il yanvar ayının birinci ongünlüyündə başlanması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA