2011-ci il üçün KXCP-nin fəaliyyət istiqamətləri

img

27-12-2010 [04:54]


Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr, Qarabağ probleminin həlli ilə bağlı məsələ, Seçki Qərargahının hesabatı, 2011-ci il üçün KXCP-nin fəaliyyət istiqamətləri, müxalifətin inteqrasiyasına münasibət, KXCP-nin I I Qurultayına hazırlığın vəziyyəti haqqında, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı KXCP-nin xalqa müraciəti müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Ali Məclis Qarabağ məsələsini geniş müzakirə edərək işğal problemini hansı müddət ərzində həll edəcəyi haqda Azərbaycan iqtidarına son vaxt verilməsini məqsədəuyğun sayıb. Ali Məclis 07 noyabr 2010-cu ildə keçirilmiş saxta seçkilər prosesində KXCP Seçki Qərargahının hesabatını dinləyərək qəbul etmişdir. Seçkilər haqda KXCP-nin bəyanat və qərarlarını təsdiq etmişdir. Ali Məclis "KXCP-nin 2011-ci il üçün fəaliyyət istiqamətləri" haqqında İdarə Heyətinin təqdim etdiyi layihəni müzakirə edərək əsasən qəbul edib. Ali Məclis 07 noyabr 2010-cu ildə keçirilmiş saxta seçkilərin yaratdığı siyasi vəziyyətdə müxalifətin geniş inteqrasiyasının zəruri saydığını və bu istiqamətdə fəaliyyətin davam etdirilməsini qərara alıb. Ali Məclis KXCP-nin I I Qurultayına hazırlığın vəziyyətini müzakirə edərək 2011-ci il 24 iyunda- TÜRKLÜK Günündə keçirilməsini qərarlaşdırıb. Ali Məclis KXCP-nin rayon və şəhər şöbələrinin Konfranslarında yeni seçilmiş Ali Məclis üzvlərini qeydə alıb. Ali Məclis 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı KXCP-nin xalqa müraciətini qəbul etmişdir. Müraciətdə deyilir: " Əziz həmvətənlər! 1989-cu il 31 dekabr Milli Azadlıq Hərəkatının nəticəsi olan "Sərhəd hərəkatı" xalqımıza Dünya Azərbaycanlılarının Həmrəylik gününü bəxş etmişdir. Bu gün Güneyli Quzeyli xalqımızın birliyə doğru addım atdığı ilk gündür. Bu gün Dünya Azərbaycanlılarının Vətən uğrunda, millət uğrunda milli həmrəyliyə, milli birliyə, milli bütövlüyə səsləyən gündür. Bu gündən başlayaraq 50 milyonluq Azərbaycan Türkü böyük və müqəddəs bir yola ?Bütöv Azərbaycan Yoluna qədəm qoyub. XX əsrin sonlarında başlayan Milli Azadlıq Hərəkatı Quzey Azərbaycanda Respublikanın bərpası ilə nəticələndi. 20 yaşlı Gənc Quzey Azərbaycan dövləti bu gün özünün varlığı uğrunda aparmaqdadır. Quzey Aərbaycan ərazisinin 20 faizi düşmən tapdağı, fars şovinistləri tərəfindən ayrı-ayrı vilayətlərə bölünmüş Güney Azərbaycan ərazisi və onun 40 milyonluq bir xalqı isə fars şovinizminin iyrənc basqısı altındadır. Bu şəraitdə Dünya Azərbaycanlılarının Həmrəyliyə daha böyük ehtiyacı var. Güney Azərbaycan istiqlalı uğrunda mübarizədə biz səylərimizi, ağlımızı, idrakımızı, cəsarətimizi birləşdirməklə Ümumi Vətənimiz olan Bütöv Azərbaycanı xilas edə bilərik. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı doğma Vətənimizin, onun yurddaşlarının dərdlərini öz dərdi bilməli, Güney Azərbaycanda gedən proseslərdə soydaşlarımıza öz kömək əlini uzatmalıdır. Quzey Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa, Güney Azərbaycanın istiqlal mübarizəsinə hər yönlü kömək göstərməyə, Bütöv Azərbaycanımızı dünya demokratik ictimaiyyətinin tərkib hissəsinə çevirməyə çalışan xalqımızın Həmrəyliyə böyük ehtiyacı vardır. Əziz həmvətənlər! Siyasət reallıq imkanı, reallıq tələbi olduğundan xalqımız tələb etməlidir ki, İran şovinist rejimi ilə Quzey Azərbaycanın dostluğu Güney Azərbaycanın zərərinə olduğundan bu işə son qoyulmalıdır. Siyasi dünya dahi, müdrik tanımır, gücü tanıyır. Bu güc bizlər üçün 50 milyonluq bir xalqın birliyindən, Güney Azərbaycanın müstəqilliyindən ibarətdir. Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi region və dünya siyasətində söz sahibi olmaq, böyük və qüdrətli bir dövlət olmaq deməkdir. Əziz həmvətənlər! 50 milyonluq millətimizi Müstəqil, Demokratik və Bütöv Azərbaycana aparacaq bu yol ilk öncə Güney Azərbaycanın istiqlalliyyətindən keçir. Ona görə də dünyada yaşayan Azərbaycan Türklərini Vətənimizin güneyində istiqlaliyyəti gerçəkləşdirəcək Güney Azərbaycan Milli Hərəkatına hər yönlü dəstək verməyə çağırırıq. Bütöv Azərbaycan Yolumuz açıq olsun! Bu müqəddəs yolda Ulu Tanrı millətimizə qüvvət, güc, idrak və cəsarət versin! Tanrı bu yolda millətimizə yar olsun! Amin. 31 dekabr Həmrəylik günü münasibətilə 50 milyonluq Azərbaycan Türkünü təbrik edir, Bütöv Azərbaycan uğrunda mübarizə aparanlara böyük uğurlar diləyirik. Milli Həmrəylik Bayramınız mübarək olsun!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA