Müxalifət partiyası hicab probleminin arxasında iranın dayandığını bəyan etdi

img

21-12-2010 [12:06]


Milli Qurtuluş Partiyasının Siyasi Şurası son günlər gündəmi məşğul edən hicab problemi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: ?Təhsil müəssisələrində dini geyimin qadağan edilməsini tamamilə haqqlı qərar hesab edərək, bu addımın hüquqi, dünyəvi, laik dövlətin əsas atributu kimi qiymətləndiririk. Azərbaycan hakimiyyətinin demokratiyanın tələblərinə əməl etməməsi barədə faktların çoxluğuna baxmayaraq, məhz hicabla bağlı addımı düzgün qiymətləndirir və bəyan edirik ki, hicab məsələsi süni yaradılmış problemdir, bu problemin qabardılmasının arxasında düşmən İran imperiyası dayanır. Hicab tələbilə küçələrə çıxan nümayişçilər bir dəfə də olsun Qarabağ tələbilə, Ermənistana hər cür yardım göstərən İrana etiraz məqsədilə tədbir keçirməyib. Biz, MQP Siyasi Şurasının üzvləri Azərbaycanda İran kəşfiyyat orqanları ilə əlaqəli tədbirlərə və aksiyalara son qoyulmasını, müvafiq güc strukturlarının siyasi bəyanatlar verməyib, konkret addımlar atmasını tələb edirik. Təəsuflə qeyd edirik ki, eyni düşərgəni paylaşdığımız bəzi müxalifət partiyaları da bu cür milli məsələlərdə yanlış mövqe nümayiş etdirir və bilərəkdən, ya da bilməyərəkdən İranın yanında yer alırlar. Hesab edirik ki, hicab problemindən hakimiyyətə qarşı istifadə etmək yolverilməzdir. Bu gün hicabın müdafiəsinə qalxan qüvvələrin 17 il ərzində demokratiya uğrunda mübarizəyə dəstək verməyib, daim şərin yanında yer aldığını, yalnız qonşu fars imperiyasından göstəriş gələndə aksiyalara əl atdıqlarını unutmamalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA