Jurnalist müsabiqəsinin nəticələri elan olundu

img

21-12-2010 [11:56]


?Media və İctimai Vəsaitlərin Şəffaflığı? layihəsi çərçivəsində elan olunmuş jurnalist müsabiqəsində qalib gələn araşdırma müəlliflərinin adları məlum olub. Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondunun Şəffaflıq və İfadə Azadlığı proqramının apardığı araşdırmalarla bağlı 5 gün ictimai dinləmələr keçirilib, yazılar ətrafında geniş müzakirələr aparılıb. Qeyd edək ki, müsabiqədə yüksək bal toplamış ?Aqrolizinq, yoxsa aqrotalan?? başlıqlı yazı ?Qafqazinfo?da yayımlanıb. ACİ-YF ən yaxşı 5 yazının ictimai vəkillik işini təşkil edəcək. 100 ballıq qiymətləndirmə sistemi üzrə ən yüksək bal toplamış müəllifləri aşağıdakılardır: 1. Rəna Allahverdiyeva - ?Sabirabadın Kürdənsonrakı abadlığı?- 85.2 xal 2. Səadət Akifqızı ? ?Duza qoyulmuş milyonlar? 82.2 xal 3. Nicat Dağlar ? ?Aqrolizinq, yoxsa aqrotalan?? 79.6 xal 4. Şahnaz Bəylərqızı ? ?İntellektual sistem, yoxsa milyonların yuyulması?? 79 xal 5. Elxan Salahov ? ?Soyuducu anbarlar boş qalıb? 77 xal 6. Cavid Xəlilov ? ?İndeks prozraçnosti subsidirovaniə v Azerbaydjane? 71.4 xal. 7. Qurban Yaquboğlu ? ?Pulqıran maşınlar? 65.2 xal 8. Vüsalə Rüstəmova ? ?Gübrə bazarında şok maxinasiyalar? 65 xal

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA