Qənimət Zahid AŞ PA həmməruzəçiləri ilə görüzdən imtina etdi

img

01-02-2011 [03:50]


Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Bakıya gəliblər. Fevralın 3-dək davam edəcək səfərin proqramına Prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər daxildir. Həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və media nümayəndələri ilə görüşü də nəzərdə tutulur. Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə də görüşlər keçirəcəklər. AŞ PA həmməruzəçilərinin mediya nümayəndələri ilə görüşünə dəvət edilən ?Azadlıq?ın baş redaktoru Qənimət Zahid isə onlarla görüşdən imtina edib. Q. Zahid bildirib ki, o, ?AŞ PA həmməruzəçilərini ciddi məsələlərin müzakirəsi üçün yararlı format hesab etmir. Bizdə bəziləri belə hesab edirlər ki, AŞ PA Azərbaycanda demokratiya və insan azadlıqları ilə bağlı məsələləri Avropanın enerji maraqlarına qurban verən bir təsisatdır. Əgər məsələ həqiqətən də belə olsaydı, buna dözümlü yanaşmaq olardı. Amma çox təəəssüf ki, bu, hətta belə də deyil və AŞ PA-nın bu qəbildən olan çinovnikləri Azərbaycanda insan haqları probleminə öz şəxsi maraqları müqabilində barmaqarası yanaşma öhdəliyi götürüblər. Qoy onlar öz gündəliklərini adı rüşvət qalmaqalında hallanan bir sıra parlament üzvləri ilə görüşlərlə zənginləşdirsinlər. AŞ PA-nın Azərbaycandakı hüquqi missiyası daxilində ciddi məsələləri müzakirə etmək üçün AŞ PA həmməruzəçiləri əvvəlcə sübut etməli, ən azı, bəyanat verməlidilər ki, onlar Azərbaycanla bağlı hesabatın saxta və həqiqəti əks etdirməyən tezislərlə doldurulması üçün heç kimdən rüşvət almayıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR