ADP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

20-12-2010 [05:50]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi vəziyyət və partiya quruculuğuna aid bir sıra məsələlər müzakirə edilib. İdarə Heyəti üzvləri ?hicab?la bağlı keçirilən aksiyalarda iştirak edənlərə polis zorakılıqları göstərilməsi məsələsinə diqqət çəkərək ayrı-ayrı hökumət nümayəndələrinin dini inancların məhdudlaşdırılmasına yönəlik səsləndirdiyi bəyanatları bir daha pisləyib, süni şəkildə qaldırılan bu məsələnin arxasında parlament seçkilərində baş verən total saxtakarlıqların ört-basdır edilməsi niyyətinin durduğunu bildirib və iqtidarı dini azadlıqların məhdudlaşdırılması və dövlətin dinin işlərinə qarışması kimi antikonstitusion addımlar atmaqdan geri durmağa çağırıb. Rusiyada Qafqaz və Asiya əsilli insanlara, eləcədə bu ölkədə mühacir həyatı yaşayan soydaşlarımıza qarşı yeridilən diskriminasiya siyasətindən narahat olduğunu bildirən partiya yetkililəri ikinci dünya müharibəsində faşizm bəlasından kifayət qədər əzablar yaşayan bir ölkədə neofaşizmin baş qaldırmasının həmin ölkə üçün utancverici olduğunu diqqətə çatdırıb və dünya ictimaiyyatını bu cür faşizm təzahürlərinə qarşı mübarizədə yekdil olmağa çağırıb. İdarə Heyəti üzvləri Azərbaycan hökumətini xaricdə yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin edilmədi ilə bağlı təsirli tədbirlər görməyə çağırıb. Öz növbəsində rus Rusiya ərazisində yaşayan insanların fundamental hüquq və azadlıqlarının təmin edilməsi üçün adı çəkilən ölkənin effektli tədbirlər görməsinin vacibliyi diqqətə çatdırılıb. İdarə Heyəti üzvləri Azərbaycan miqrasiya xidmətinin məlumatına görə ölkədə 400 minə yaxı əcnəbi işçinin olması fonunda 3 milyondan artıq vətəndaşımızın iş ardınca xarici ölkələrə mühacirət etməsini iqtidarın sosial iqtisadi siyasətinin yanlışlığından doğduğunu bildirib və dövlət başçısını işlə təminat sahəsində Azərbaycan vətəndaşlarına üstünlük verilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etməyə çağırıb. İdarə Heyəti üzvləri Azərbaycan dili haqda qanunun qüvvədə olmasına baxmayaraq ölkə ərazisində doğma dilimizə qarşı olan laqeyd münasibətdən narahat olduğunu bildirib və ayrı-ayrı firma, birlik, ticarət şirkətləri və digər özəl sektorların binaları qarşısında yazılan elanların, reklam şüarlarının və adların əcnəbi dillərlə göstərilməsinin ölkə qanunlarla və milli mentalitetimizlə bir araya sığmaz olduğunu vurğulayıb. Belarusda keçirilən son prezident seçkilərinə diqqət çəkən İdarə heyəti üzvləri bu ölkədə baş verən seçki saxtakarlıqları və müxalif qüvvələrə qarşı göstərilən zorakılıqlardan narahat olduğunu bildirib və beynəlxalq təşkilatları adı çəkilən respublikada baş verən olaylara həssas yanaşmağa və diktaturanın yenidən dirçəlməsinə imkan verməmək üçün səyləri birləşdirməyə çağırıb. İdarə heyəti üzvləri son vaxtlar ?Viklieaks? saytında yayılan məlumatların ciddi qəbul edilməsini və bu məlumatlarda göstərilən faktlara siyasi qiymət verilməsini zəruri hesab edib və bu məlumatlarda Rusiya Gürcüstan müharibəsi zamanı ölkə başçısının Gürcüstanda yaşayan soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Rusiya tərəfinə xəbərdarlığının və BP ilə bağlı etirazlarının yer almasını müsbət dəyərləndirib. Eyni zamanda İdarə Heyəti üzvləri beynəlxalq şirkətlərin Azərbaycan ekologiyasına vurduğu ziyanla bağlı narahatçılığını ifadə edib və bunun mədən sənayesində şəffaflığın olmaması ilə bağlı olduğunu diqqətə çatdırmaqla hökumətdən mədən sənayesinin şəffaflığı ilə bağlı təcili tədbirlər görməyi tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA