Məlahət ibrahimqızı: "Məktəbliləri hicaba cəlb etmək yolverilməzdir"

img

18-12-2010 [03:44]


?Azərbaycan xalqı dünya sivilizasiyasına böyük şəxsiyyətlər bəxş edib. Bu gün gənc nəsli inkişafdan kənarlaşdırıb geriyə yönləndirmək olmaz. Ona görə də, məktibliləri hicaba cəlb etmək yolverilməzdir?. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, hər bir vətəndaş şüurlu həyatında özünün iradəsi ilə bu addımları ata bilər. Onun fikrincə, məktəbliləri yüksək təhsil almağa həvəsləndlirmək əvəzinə hicaba məcbur etmək gənc nəsli dünyaya inteqrasiyadan geri salır. ?Bu gün biz xalqımızı dünyada layiqincə təmsil edəcək gənc nəslin formalaşmasına çalışmalıyıq? deyə M.İbrahimqızı qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA