Nardaranda Misir Mərdanovun zəkilləri yandırıldı

img

18-12-2010 [03:41]


Dekabrın 18-də 200-ə yaxın adam Nardaranda İmam Hüseyn meydanına toplaşaraq mitinq keçirib. Onlar orta məktəblərdə hicaba qoyulan qadağaya etirazlarını bildiriblər. Çıxış edənlərdən Hacı Əbülfəz deyib ki, hicaba qadağa qoyulması ?düşünülmüş dövlət siyasətinin son məqamıdır?: ?Bu, rejimin apardığı siyasətin son məqamıdır. Bu, rejimin də sonudur. Çünki hicab namusumuzdur. Bir kişinin namusuna toxunurlarsa, onun qeyrətini əlindən alırlar. Bundan böyük itirəcək məqamımız yoxdur. Bu, birinci siyasət deyil. Dövlətin azana qoyduğu qadağanı hamımız xatırlayırıq. Bundan qabaq Quran təhqir olunmuşdu. Məscid uçuran hökumətdir bu?. Əllərində yaşıl və qara bayraqlar tutan iştirakçılar bildiriblər ki, aksiyaları davam edəcəklər. Nardaranlılar hicabın qadağasının əleyhinə dekabrın 16-dan imzatoplama kampaniyasına başlayıblar. Aksiya zamanı bildirilib ki, prezidentə ünvanlanan müraciətə artıq 300 imza atılıb. Aksiyada Təhsil naziri Misir Mərdanovun şəkilləri yandırılıb. Bundan sonra aksiyanın bitdiyi elan olunub. Səhər saat 10 radələrində İmam Hüseyn meydanında Çevik Polis Alayının maşını gözə dəysə də, bir neçə dəfə dövrə vurandan sonra ərazini tərk edib. Aksiya zamanı ərazidə polis görünməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA