Hafiz Hacıyev ona qarzı təxribat hazırlandığını deyir

img

17-12-2010 [04:07]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın sədri Hafiz Hacıyev MMP üzvü olan bir qrup fəal gənclərlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə əsasən parlament seçkilərdən sonra partiyanın Siyasi Şurasının verdiyi qərar, partiyanın növbədənkənar qurultayında veriləcək qərarlar, həmçinin yüksək dairələrdən MMP-yə olan təzyiqlər müzakirə edilib. Gənclər son günlər partiyanın ətrafında cərəyan edən məsələlərdən həddindən artıq narahat olduqlarını bəyan edib və partiya sədrindən bütün bunlarla bağlı açıqlama verməsini xahiş ediblər. Hafiz Hacıyev gənclərin bu narahatçılığını aradan götürmək üçün yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıb. Partiya sədri ona qarşı həm siyasi arenada, həm də partiya daxilində edilən təzyiqlərin müəyyən dairələr tərəfindən planlı şəkildə hazırlanmış, xüsusi təxribat olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA