Bakıda əmək yarmarkasında 2 min manatlıq iz təklif edilib

Bakıda əmək yarmarkasında 2 min manatlıq iz təklif edilib

CƏMİYYƏT

17.12.2010, 02:01

Bu gün Bakıda Səbail, Yasamal, Qaradağ, Şuşa və Zəngilan rayonlarının məşğulluq mərkəzləri əmək yarmarkası təşkil edib. Yarmarkada ümumilikdə 346 müəssisə üzrə 2480 boş iş yeri təqdim olunub. Təqdim edilən iş yerlərində ən yüksək əmək haqqı 2 min manat, ən aşağı əmək haqqı isə 85 manat təşkil edir. Qeyd edək ki, bu il ərzində keçirilən əmək yarmarkalarında 16 minə qədər iş yeri təqdim olunub. Nəticədə isə 6 minə yaxın adam işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu ilin sonuna qədər Bakı şəhərində bir neçə yarmarka keçiriləcək. Onun sözlərinə görə, bu gün artıq ikinci yarmarka keçirilir: ?Düşünürəm ki, bir yarmarkamız daha olacaq. Bu da Nizami, Xətai və Sabunçu rayonlarında keçiriləcək. Ümumiyyətlə, Azərbaycanın bütün şəhərlərində yarmarkalar keçrilir və əhalinin 30 faizi bu yarmarkalarla işə düzəlir. Birinci yarmarkada 1001 nəfər işə göndəriş alıb ki, bu da bizim üçün yaxşı göstəricidir?.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR