Məzahir Pənahov seçkini müzahidə etmək üçün Belarusa gedir

img

15-12-2010 [04:39]


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, səfərdə məqsəd 19 dekabrda Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir. Müşahidə missiyası Belarus Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcək. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Minsk şəhərində müşahidə missiyasını həyata keçirməklə yanaşı, həmin Belarusun MSK sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək. M. Pənahovu səfər zamanı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək. Mərkəzi Seçki Komissiyasının digər bir əməkdaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Qısamüddətli Müşahidə Missiyasının tərkibində Belarusda keçiriləcək prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA