isa Qəmbər qeyri-səmimilikdə suçlandı

img

15-12-2010 [02:11]


Müsavat başqanı İsa Qəmbərin AXCP-Müsavat birliyi ilə bağlı verdiyi açıqlamada ?biz müxalifətin daha geniş formatlarda birliyini istəyirik? ifadəsinə AİDP-dən cavab gəlib. AİDP sədri hacı Tahir Abbaslı bununla bağlı MIA-ya bildirib ki, İsa Qəmbər bu məsələdə həm gecikib, həm də müxalifətin belə bir birliyinin dağılmasına göz yumub. 2003-cü ildə prezident seçkilərindən əvvəl yaranan ?Bizim Azərbaycan? blokunun seçkidən sonra dağılmasında İsa Qəmbərin birbaşa iştirakı olduğunu deyən AİDP sədri bildirib ki, məhz bu məqamlara görə, o İsa Qəmbərin təklifinin səmimiliyinə şübhə ilə yanaşır: ?Bizim Azərbaycan blokunda ölkədə dəyişiklik istəyən qüvvələr toplaşmışdı. Amma təəssüf ki, İsa Qəmbər kifayət qədər geniş olan formatı saxlamaqda maraqlı olmadı?. ?Səbəbi nə idi? sualının cavabında T.Abbaslı bildirib ki, bu şəxsi ambisiyalarla bağlı olub: ?Elektoratı az olan partiyalarla bir yerdə olmağı özlərinə sığışdıra bilmədilər. Bizə ?xırda partiyalar? adı verdilər. Zaman isə göstərdi ki, ?xırda partiyalar?ı özündən uzaqlaşdıran qüvvələr özləri cılızlaşdı. Daxili sabitliklərini qoruya bilmədilər. Bu günlərdə Müsavatdan istefa verən Sülhəddin Əkbər də partiyanı minlərlə insanın tərk etdiyini etiraf etdi?. İsa Qəmbərin təklifinin reallaşıb-reallaşmayacağına gəlincə, AİDP sədri bildirib ki, bunu Müsavat başqanının təklifdən sonrakı davaranşı göstərəcək: ?Bu onun təklif edəcəyi mexanizmdən asılıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA