Isa Qəmbər AXCP-Müsavat birliyinə son nöqtəni qoydu

img

15-12-2010 [12:01]


?Mənim heç bir zaman məqsədim sırf iki partiyanın bir partiyada birləşməsi olmayıb. Məqsədim dəyişikliləri istəyən qüvvlərin toparlanmasıdır. Bunun bir variantı demokrtaik düşərgənin toparlanmasıdır. Toparlanmağın başqa bir forması isə siyasi inteqrasiyadır. Siyasi inteqrasiya ilə bağlı mən bildirmişəm ki, Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələrin iştirakını məqsədəuyğun hesab edirəm?. Bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşməsinin perspektivləri ilə bağlı ?Azadlıq? radiosunun canlı efirində şərh edərkən bildirib. Bununla da Müsavat başqanı son günlər siyasi müstəvinin ən qızğın müzakirə olunan mövzusu ilə bağlı uzun müddət davam edən sükütünu pozub. AXCP-Müsavatın bir yerdə olduğunu deyən Müsavat başqanı bildirib ki, bu məsələ aktiv şəkildə müzakirə olunur və proses mərhələ-mərhələ davam edəcək. Bunun necə yekunlaşacağını isə zaman göstərər. Müsavat başqanı son zamanlar bu iki partiyanın birləşməsi məsələsinin sosial sifariş olduğu barədə gedən rəylərə münasibətini açıqlayıb. Onun sözlərinə görə, sosial sifariş təkcə AXCP ilə Müsavatın birləşməsi ilə bağlı deyil. ?Sosial sifariş ölkədə vəziyyətin dəyişməsi ilə bağlıdır. Ona görə də birləşmə prosesini elə şəkildə aparmalıyıq ki, nəinki itki olmasın, yeni-yeni qüvvələr prosesə cəlb olunsun. Elə bir qüvvə formalaşsın ki, hakimiyyəti dəyişməyə gücü çatsın?-deyə başqan bildirib. İsa Qəmbər ölkədə vətəndaşların seçkilərə biganə münasibətindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, son parlament seçkilərində seçki məntəqələrinə cəmi 15 faiz seçici gəlib: ?Vahid namizədlərimiz bu 15 faizin 12 faizinin səsini toplayıb qalib gəliblər. Bəs 85 faiz seçici harda idi? Niyə seçkiyə gəlmədilər? AXCP-Müsavat blokunun bu qədər çalışmalarına rəğmən seçicilər səsverməyə gəlmədilər. Deməli seçici ölkədə vəziyyətin dəyişməsinə inanmır. Biz bu əhvalı dəyişməliyik. Biz 85 faiz seçicinin heç olmasa yarısını siyasi fəallığa cəlb edə bilməliyik?. İsa Qəmbər bildirib ki, əgər AXCP-Müsavat blokunun namizədləri seçicilərin 50 faizini seçkilərə cəlb edə bilmirsə, buradan nəticə çıxarmaq lazımdır. ?Nəticə çıxarmaq lazımdır ki, AXCP ilə Müsavatın lap səmimi də olsa, formal birləşməsi belə, ölkədə vəziyyətin dəyişməsinə gətirib çıxarmayacaq. Biz bunun üçün digər qüvvələri də bu işə cəlb etməliyik. Mənim məqsədim budur?-deyə o, vurğulayıb. Müsavat başqanı bildirib ki, nə qədər çox qüvvə vahid partiyada birləşməyi mümkün hesab edərlərsə, superpartiyanın yaranması nə qədər ictimai diqqət cəlb edəcəksə, işin xeyrinə olar: ?Məqsədim ölkədə vəziyyəti dəyişdirə biləcək formatların yaranmasıdır. Məqsəd budur?. İsa Qəmbər bununla bağlı Müsavat Partiyasından olan istefalara da toxunub: ?Əgər kimsə ?AXCP-Müsavat birləşir? və ya ?birləşmir? deyə partiyasını tərk edib gedirsə, deməli nə dəqər insan varsa, o qədər yanaşma var. Biz bu yanaşmaları hörmətlə qiymətləndirirk?. O, mediada bu istefaların şişirdilməsinin əleyhinə çıxıb. ?Br-iki nəfər Müsavatdan, bir-iki nəfər Cəbhədən gedən kimi fırtına qopur ki, ay Müsavat dağıldı. Habuki, bu gün biz birləşməni avtomatik şəkildə, ölçüb-biçmədən aparsaq, nəticələrini ölçüb-biçmədən aparsaq, itkilərə məruz qalacağıq?-deyə Müsavat başqanı üstüörütlü şəkildə istefa verənlərin arqumentlərini cavablandırıb. İki partiyanın birləşməsi ilə bağlı məsələnin ?bir nömrəli məsələyə döndərilməsindən? narazılığını ifadə edən İsa Qəmbər vurğulayıb ki, o, AXCP-Müsavat birləşməsinə təcrid olunmuş məsələ kimi baxmır. ?Mən AXCP-Müsavat birləşməsini hədəf kimi görmürəm, vasitə kimi görürəm. Eyni zamanda, hesab edirəm ki, Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələr yalnız bu iki partiyadan ibarət deyil. Mən istəyirəm ki, bu birləşmdə qüvvələrimizi artıraq?-deyə Müsavat başqanı qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA