Hafiz Hacıyev ilə bazqa partiyalardan olan Qərbi azərbaycanlıların görüzü keçirilib

img

14-12-2010 [03:25]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirilib. MİA-nən xəbərinə görə, toplantıda MMP sədri Hafiz Hacıyevlə əslən Qərbi Azərbaycandan olan ziyalılar və siyasi xadimlər görüşüb. Qeyd edək ki, görüşdə iştirak edən Qərbi azərbaycanlıların əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən digər partiyaların üzvləri olub. Görüşdə mütəmadi şəkildə Qərbi azərbaycanlıların bir araya gəlməsi və Azərbaycanda baş verən ictimai-siyasi proseslərə təsir etmək üçün müxtəlif təklif və layihələrin işlənib hazırlanması məsələsi müzakirə edilib. Toplantıda əsas müzakirə mövzusu Qərbi azərbaycanlıların bu günə qədər hansı səbəblərdən və kimlər tərəfindən parçalanması və bir araya gələ bilməməsi olub. Qərar verilib ki, bu məsələ diqqət mərkəzində saxlanılsın və ciddi araşdırma aparılsın. Bundan sonra həmin səbəblərin aradan qaldırılması üçün də müəyyən işlər görülsün. Qeyd edək ki, toplantıda yuxarıda sadalanan bu məsələlərin MMP-nin mart ayına planlaşdırılmış qurultayına qədər başa çatmasına qərar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA