Sabah ölkənin bəzi yerlərində qar yağacaq

Sabah ölkənin bəzi yerlərində qar yağacaq

GÜNDƏM

13.12.2010, 06:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, arabir güclənən şimal küləyinin, gündüz mülayim cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, dekabrın 14-də yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, gündüz yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR