Tələbələrin Milli Dirçəliz Hərəkatına axını davam edir

img

08-12-2010 [04:19]


Milli Dirçəliş Hərəkatı gənclər təşkilatı intensiv olaraq Ali məktəblərdə tələbələrlə görüşlər keçirir. MDH sədrinin müavini Fəqan Yaqubov 08.12.2010 tarixində Azərbaycan Pedoqoji Universitetində və Baki Qızlar Universitetində MDH gəncləri və digər tələbələrlə görüş keçirib. MİA-nın xəbərinə görə, görüşün keçirilməsində əsas məqsəd MDH-nin Universitetlərdə təbliğat və təsisini daha da genişləndirmək və gənclərin milli mənəvi dəyərlərə bağlı olmağa yönəltməkdir. Artıq bu universitetlərdən 40 nəfər tələbə MDH üzvü olmaq üçün müraciət edib. MDH sədrinin müavini Fəqan Yaqubov gənclərə hər gün Azərbaycanda baş verən siyasi və ictimai hadisələr barədə məlumat verdi.Bildirdi ki, hər gün gənclik bütün məsələlərə daha diqqətli fikir verməli və bu proseslərin həlli yolunda fəaliyyət göstərməlidir. Çünki bu problemlər həll edilmədikcə dövlət və cəmiyyət üçün daha çətin problemlərin yaranması labüddür. Gənclər bu müzakirədə aktiv iştirak edib MDH-nin ətrafında birləşərək bu problemlərin yoluna qoyulmasında öz köməkliklərini təklif ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA