Əli Əhmədov müxalifətin ?Xalq parlamenti? ideyasını cəfəng adlandırdı

img

07-12-2010 [03:12]


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Əli Əhmədov müxalifətin ?Xalq parlamenti? yaratmaq ideyasına münasibət bildirib. Jurnalistlərə açıqlamasında Ə.Əhmədov deyib ki, qanun əsasında formalaşmış parlamentə alternativ qurumun yaradılmasına cəhd hüquq müstəvisindən kənar addım deməkdir: ?Hesab edirəm ki, belə bir addım atılarsa, ona hüquq müstəvisində qiymət veriləcək?. Ə.Əhmədov müxalifətin bu ideyasının da gerçəkləşəcəyinə şübhə ilkə yanaşdığını qeyd edib. Deyib ki, müxalifətin xalq arasında dəstəyi olsaydı, seçkilərdə az da olsa uğur qazanardı. ?Seçkidə heç bir uğur qazana bilməyən insanların guya alternativ məclis - parlament yaratmaq haqqında ideya irəli sürməsi qədər cəfəng bir məsələ yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA