AXCP-Müsavat birgə bəyanat verdi

img

03-12-2010 [11:47]


AXCP-Müsavat partiyaları Fuad Qəhrəmanlıya qarşı qaldırılan cinayət işi ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bəyənatda bildirilib ki, AXCP və Müsavat parlament seçkisində Fuad Qəhrəmanlıya qarşı Yasamal rayon məhkəməsində hakim partiyanın iki üzvü və hakimiyyətin maraqlarını təmsil edən şəxs tərəfindən qaldırılan cinayət işini müxalifətə siyasi təzyiq kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə qaldırılan iddialar hakimiyyətin cəmiyyətin diqqətini total seçki saxtakarlığından yayındırmağa, aktiv siyasi fərdlərin qorxudulmasına cəhdidir. AXCP və Müsavat hakimiyyəti qondarma cinayət işinə xitam verməyə, məhkəmə və dövlət orqanlarını vətəndaşların repressiya olunmasında alət kimi istifadə edilməsi praktikasına son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA