Əvəz Temirxan Avropa Məhkəməsinə qədər gedəcək

img

01-12-2010 [04:44]


Bu gün ?İnsan Naminə? blokunun 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə vahid namizədi, ALP sədri Əvəz Temirxanın 07 noyabr 2010-cu il tarixdə AR MM-ə keçirilən seçkilərdə adıçəkilən Dairə Seçki Komissiyasının seçkilərin nəticələrini saxtalaşdırması ilə bağlı verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında baxılıb. MİF-nın xəbərinə göpə, kollegiya ALP sədrinin şikayətini təmin etməkdən imtina edib. Əvəz Temirxan deyir ki, Ali Məhkəmə bütün qanunları pozub və qanunsuz olaraq şikayətini təmin etməyib. Bu səbəbdən də Ə.Temirxan məsələylə bağlı Avropa Məhkəməsinə müraciət edəcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA