Əli Kərimli Avropa insan Haqları Məhkəməsinə müraciət edəcək

img

01-12-2010 [12:05]


Ali Məhkəmədə hakim Şahmurad Hidayev sədrliyi ilə deputatlığa namizəd AXCP sədri Əli Kərimlinin kassasiya şikayəti üzrə proses keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, məhkəmə iclası haqda məlumat verən vəkil Sadiq Bağırov "Azadlıq" qəzetinə qarşı şikayətin qəbul edilmədiyini deyib. O, kassasiya şikayətinin dəlilləri haqqında ətraflı çıxış edib; Apellyasiya məhkəməsi zamanı araşdırılmayan faktları, dindirilən şahidlərdən alınan izahatlara hüquqi qiymət verilmədiyini Ali Məhkəmənin diqqətinə çatdırıb. Lakin, Ali məhkəmə də Apelyasiya məhkəməsinin çıxardığı qətnaməni müdafiə edərək, iş barədə lazımı və ədalətli hüquqi qiymət verməyib. Əli Kərimlinin seçki qərargahı məhkəmə qətnaməsini siyasi sifarişinin diqtəsi hesab edərək, işi Avropa İnsan Haqları Məhkəməsinədək aparacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA