Bələdiyyə sədi Qorxmaz ibrahimlini həbs etdirmək istəyir

img

22-11-2010 [05:20]


Nəsimi rayon məhkəməsində Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovun Qarabağ Seçki Blokunun 10 saylı Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini, Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. MİA-ya Qorxmaz İbrahimlinin Seçki Qərargahından daxil olan məlumata gorə, məhkəmə xüsusi araşdırma aparmadan şikayəti haqlı sayıb və baxılması üçün Yasamal rayon məhkəməsinə göndərib. Bələdiyyə sədrinin şikayətinə səbəb ?Bizim yol? qəzetinin 4 noyabr 2010-cu il tarixli sayında dərc edilmiş ?Daşlaşmış ?feodallar? tarixin arxivinə gedəcək? adlı məqalədəki aşagıdakı abzasdır: ?Bələdiyyə və icra strukturları dövlətin vəsaitini bu insanın təblığatına yönəldərək harasa yol çəkir, hardasa su borusu təmir etdirir, kiminsə evinin üstünü qırladır, kimlərəsə pul, paltar və ərzaq paylayır. Hektarlarla torpaq satışından harınlamış Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov bu gün insan ?alqı-satqı?sı ilə məşğul olur. Səlahiyyət həddini aşaraq, yığdığı sərvət ilə dövlət qurumlarındakı insanları satın alır və hazırki deputatın muzdlu əsgərinə çevrilir. Biz bu özbaşınalıqlara son qoyacaq, habelə dövlət vəsaiti hesabına kimlərinsə ?insanpərvər? görüntü yaratma tendensiyalarını aradan qaldıracağıq. İnsanların suyu, qazı kəsilib, pulla satılmayacaq, işıqları kiminsə keyfi istəyəndə kəsilməyəcək, evləri başlarına yıxılmayacaq, dövlətin ayırdığı valiyyə vəsaiti o ?quldurların? cibinə deyil, vətəndaşlarımıza çatacaq, yol-iz çəkmək adı altında kosmetik dəyişikliklərlə seşicilərimiz aldanılmayacaq?. Bələdiyyə sədri iddia edir ki, bu müsahibə deputatlığa namizəd Qorxmaz İbrahimlidən alınıb. Guya yazıda bələdiyyə sədrinə böhtan atılıb. Bir daha bəyan edirik ki, bu yazı jurnalistin məhsuludur və Qorxmaz İbrahimlidən alınmayıb. Görünür, bu adamlar yazını özləri yazıb muxbirlərə o qədər satıblar ki, hamının belə etdiyini düşünürlər. Yazıdakı fikirlərə gəldikdə isə, bu sözlər seçicilərə görüşlərdə, mətbuata müsahibələrdə dəfələrlə səsləndirilib. Yəni istənilən jurnalist bu bu fikirləri yaymaqda azaddır. Deyəsən mətbuat azadlığı bəzi çevrələrdə hələ də dərk edilmir. Bu tezislər konkret faktlara söykənir və havadan götürülməyib. Məhəkəmə qərarında göstərilir ki, seçki təbilgatı başlanan andan ? yəni oktyabrın 15-dən yazı dərc olunan günə qədər, yəni 4 noyabra qədər İ.Xəlilov Fransada xidməti ezamiyyətdə olub. Bu qədər ağ yalan hətta Gebbelsin də fantaziyasına sığa bilməzdi. Oktyabr ayından 18-də İ.Xəlilovun birbaşa rəhbərliyi ilə kirayələnmiş və öncədən haqqı ödənilmiş ofisdən Q.İbrahimlinin seçki qərargahı təzyiqlə çıxarılıb. Hətta Q.İbrahimliyə görə həmin binadakı başqa icarədarlar da binanı tərk etməli olub. Oktyabrın sonuncu dekadasında Q.İbrahimlinin keçirtdiyi bütün görüşlərdə İ.Xəlilov şəxsən özü əraziyə gələrək seçiciləri namizədlə ünsiyyətdən yayındırmağa çalışıb, bəzilərini şəxsən hədələyib. Bunu təsdiq edən şahidlər, fotoşəkillər və videogörüntülər məhkəməyə təqdim ediləcək. Ola bilsin ki, təbliğat dövründə İ.Xəlilov qısa müddətli ölkəni tərk edib. Ancaq 21 günlük təbliğat dövrünün əsas hissəsini Fransada yox, məhz Bilcəridə olması müzakirə predmeti olmamalıdır. Seçki günü İ. Xəlilov səlahiyyət həddini aşaraq məntəqələrin birində başqa namizəd Madər Musayevin müşahidəçisi kimi peyda olub. Bələdiyyə üzvünə müşahidəçilik birmənalı yasaq edilir. Bunu da təsdiq edən faktlar məhkəməyə təqdim ediləcək. Qorxmaz İbrahimli Konstitutsiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edənə qədər deputatlğa namizəd kimi toxunulmazlıq statusuna sahibdir və o heç bir halda həbs edilə bilməz. Görünür İ.Xəlilov və Nəsimi rayon məhkəməsi bu sadə həqiqəti anlayacaq həddə belə hüquqi biliklərə malik deyillər. Həm də Q.İbrahimlinin hədəfləri heç bir halda bələdiyyə sədrinin böhtan atmaq ola bilməz. Q.İbrahimlinin mübarizəsi İ.Xəlilovun qullugunda durduğu şübhəli cevrənin ?xaç atalasına? qarşıdır. Ancaq ənənəvi olaraq O yenə də susur və sadə icraçıları qabağa verir. Bu, bir daha təsdiq edir ki, bizim seçkidəki tezislərimiz tam haqlı olub. Bu şübhəli çevrə indidən Q.İbrahimlidən onlara layiqli cavab verməsinin qisasını alır. Ancaq anlamır ki, gec-tez haqq şərə qalib gələcək və bu məhkəmə İ.Xəliovun havadarlarının növbəti ifaşısı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA