DUi Konstitusiya Məhkəməsinin qərarına etiraz etdi

img

29-11-2010 [03:14]


Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən MİA-ya verilən məlumatda bildirilib ki, toplantıda ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. DUİ Sədrlər Şurası saxta parlament seçkilərinin nəticələrini təsdiqləyən Konstitusiya Məhkəməsini anti-konstitusion, saxta, qeyri-demokratik, seçki adlandırılması mümkün olmayan tədbirin nəticələrini təsdiq etməsinə etirazını bildirib, bu addımın ölkədə ən yüksək hüquqa nəzarət qurumunun da digər təsisatlar kimi saxtakarlıq oyununa şərik olması nümunəsi adlandırıb. DUİ SŞ Konstitusiya Məhkəməsinin qərarına əhəmiyyət vermədiyinin, eləcə də seçki prosesinin prosedur mərhələlərinin ssenari üzrə və qanuna riayət edilmədən həyata keçirildiyinin göstəricisi olduğunu bəyan edib. DUI Sədrlər Şurası 6 dekabr KXCP-nin qərargahında növbəti Qarabağ Forumunu keçirmək haqqında qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA